Goranboyda şagirdlər arasında insident: bıçaqlanan var

Oxunma vaxtı:24 Saniyə

Goranboy rayonu Dəliməmmədli şəhəri M.Zeynalov adına tam orta məktəbin şagirdləri arasında insident baş verib.

Bu barədə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi məlumat yayıb.

Bildirilib ki, şagirdlər bir-birinə xəsarət yetirib:

“2007-ci il təvəllüdlü Ayxan Məhəmməd oğlu Şeyxov döş qəfəsinin kəsilmiş xəsarəti ilə xəstəxanaya aparılıb. Hazırda idarənin və rayon təhsil sektorunun əməkdaşları təhsil müəssisəsindədir. Bununla yanaşı, hüquq-mühafizə orqanlarına, Elm və Təhsil Nazirliyinə, digər aidiyyəti qurumlara məlumat verilib. Hadisə ilə bağlı araşdırma aparılır. Araşdırmanın nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək”.

Loading

Next Post

Əlizadə ölkəsindən imtina etdi, bu dövləti seçdi

Əslən Güney azərbaycanlı olan tanınmış xanım idmançı Kimya Əlizadə Bolqarıstanın taekvondo üzrə milli komandasının üzvü olub. Bu barədə Bolqarıstan Taekvondo Federasiyasının rəhbəri Slavi Banev məlumat yayıb. O, Almaniya, Belçika və başqa bir neçə ölkənin Kimya Əlizadəni öz komandalarına dəvət etmələrinə baxmayaraq, azərbaycanlı idmançının Bolqarıstanı seçdiyinə görə ona təşəkkür edib. “Sənədləri […]