“Böyük dəbilqə”: Cüdoçumuz finala vəsiqə qazandı 

Oxunma vaxtı:22 Saniyə

Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev Türkiyənin Antalya şəhərində keçirilən “Böyük Dəbilqə” turnirinin finalına vəsiqə qazanıb.

73 kiloqramda mübarizə aparan idmançı yarımfinalda türkiyəli Umalt Dəmirəli məğlub edib. Onun həlledici görüşdəki rəqibi moldovalı Adil Osmanov olacaq.

73 kiloqramda çıxış edən digər cüdoçu Vüsal Qələndərzadə kiprli Kiprianos Andreuya, 81 kiloqramda yarışan Ömər Rəcəbli isə portuqaliyalı Joau Fernanduya məğlub olaraq turnirlə vidalaşıb.

Qeyd edək ki, martın 31-dək davam edəcək “Böyük Dəbilqə” turnirində Azərbaycan 9 cüdoçu ilə təmsil olunur.

Loading

Next Post

Bu məhkəmələrə hakimlər TƏYİN EDİLƏCƏK

Ali Məhkəmə, Bakı, Gəncə, Sumqayıt, Şəki və Şirvan apellyasiya məhkəmələrinə yeni hakimlər təyin ediləcək. Bununla bağlı Milli Məclis məlumat yayıb. Bildirilib ki, qanun layihələri Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin aprelin 1-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq. Həmin layihələr aşağıdakılardır: 1. Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında. […]