Röya terrorun baş verdiyi zalda 2 dəqiqə sonra səhnəyə çıxacaqmış – Özü açıqladı

Oxunma vaxtı:30 Saniyə

Moskvada “Crocus City Hall” ticarət mərkəzində silahlı insident baş verib. Nəticədə bu dəqiqəyə qədər 40 nəfərin həlak olduğu, 130 nəfərin xəsarət aldığı bildirilir.

Terror aktının törədildiyi ticarət mərkəzinin nəzdindəki “Vegas City Hall”da Xalq artisti Röya Ayxanın bu gün konserti olacaqmış.

Xalq artisti Röya Ayxan hadisədən dərhal sonra video paylaşıb. O, instaqram səhifəsində bildirib ki, teraktdan 2 dəqiqə sonra səhnəyə çıxması planlaşırılıbmış. Ona çoxsaylı zənglərin gəldiyini deyən Röya həyəcanını gizlədə bilməyib.

Baş vermiş hadisə ilə əlaqədar konsert təxirə salınıb.

Qeyd edək ki, hazırda əraziyə xüsusi təyinatlılar cəlb edilib. “Vegas Hall”da insanlar təxliyyə edilir.

Loading

Next Post

Ölənlərin sayı 115-ə çatıb - Rusiyadan son xəbər

Moskvadakı “Crocus City Hall”da törədilən terror aktı nəticəsində ölənlərin sayı 115- nəfərə çatıb. Bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb. Rusiya Səhiyyə Nazirliyindən isə bildirilib ki, terror aktı nəticəsində xəsarət alan 44 nəfərin, o cümlədən 2 uşağın vəziyyəti ağır qiymətləndirilir. **** 12:42 Moskva vilayəti Səhiyyə Nazirliyi “Crocus City Hall” ticarət […]