Daha bir yüksəkvəzifəli şəxs həbs olundu – Bu dəfə “Dayı”…

Oxunma vaxtı:26 Saniyə

Müdafiə Nazirliyinin daha bir yüksəkvəzifəli şəxsi həbs olunub. 

Söhbət Quru Qoşunların mühasibi Əliyev Alı İsrayıl oğlundan gedir.

Belə ki, o, qulluqda olarkən digər vəzifəli şəxslərlə əlbir olaraq pul müqabilində hərbi qulluqçuların xidməti yerlərinin dəyişdirilməsini təşkil etməkdə və başqa cinayət əməllərini törətməkdə ittiham olunur.

Buna görə də Cinayət Məcəlləsinin 311-ci maddəsinin müxtəlif bəndləri ilə Hərbi Prokurorluğun İstintaq İdarəsi tərəfindən  ittiham elan edilərək barəsində həbs qətimkan tədbiri seçilib.

Məlumat Hərbi Prokurorluqdan saytımıza təsdiq edilib.

Qeyd edək ki, Alı Əliyev nazirlikdə “Dayı” ləqəbi ilə tanınırdı.(“Qafqazinfo”)

Loading

Next Post

Azərbaycanda Novruz bayramıdır

Bu gün Azərbaycanda Novruz bayramıdır. “İki sahil” xəbər verir ki, suverenliyini və ərazi bütövlüyünü tam bərpa etmiş Azərbaycanın hər yerində Novruz bayramı böyük təntənə və Qələbə sevinci ilə keçirilir. Novruz bayramı bu il xalqımız üçün xüsusilə əlamətdardır. Bu il Novruzu bütövləşmiş Azərbaycanın vətəndaşları kimi qürurla, fəxarətlə, sevinclə qeyd edirik. Azərbaycan […]