Kolleclərə direktor təyinatı qaydası dəyişdi

Oxunma vaxtı:35 Saniyə

Nazirlər Kabineti “Dövlət və bələdiyyə tərəfindən yaradılan orta ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi”ndə dəyişiklik edib.

İndiyə qədər orta ixtisas təhsili müəssisəsinin cari fəaliyyətinə Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi direktor rəhbərlik edib.

Dəyişikliyə əsasən, bu vəzifəyə təyinat qaydası dəyişir. Beləliklə, orta ixtisas təhsili müəssisəsinin cari fəaliyyətinə direktor rəhbərlik edəcək.

Hər bir orta ixtisas təhsili müəssisəsinin sayı həmin orta ixtisas təhsili müəssisəsinin nizamnaməsi ilə müəyyən edilən prorektorları deyil direktor müavinləri olacaq. Direktor müavinlərini, orta ixtisas təhsili müəssisəsinin təqdimatı əsasında, tabe olduğu dövlət orqanı (qurumu) və ya bələdiyyə təyin edir.

Direktor olmadıqda, orta ixtisas təhsili müəssisəsinin fəaliyyətinə rəhbərliyi tabe olduğu dövlət orqanı (qurumu) və ya bələdiyyə tərəfindən müəyyən edilən direktor müavini həyata keçirir.

Loading

Next Post

Daha bir yüksəkvəzifəli şəxs həbs olundu - Bu dəfə “Dayı”...

Müdafiə Nazirliyinin daha bir yüksəkvəzifəli şəxsi həbs olunub.  Söhbət Quru Qoşunların mühasibi Əliyev Alı İsrayıl oğlundan gedir. Belə ki, o, qulluqda olarkən digər vəzifəli şəxslərlə əlbir olaraq pul müqabilində hərbi qulluqçuların xidməti yerlərinin dəyişdirilməsini təşkil etməkdə və başqa cinayət əməllərini törətməkdə ittiham olunur. Buna görə də Cinayət Məcəlləsinin 311-ci maddəsinin […]