Naxçıvanda ağır qəza – 3 ölü, 4 yaralı

Oxunma vaxtı:24 Saniyə

Naxçıvan-Şahbuz magistralında ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Vayxır kəndi ərazisində qeydə alınıb. Yağışlı havada “Niva” markalı avtomobillə “Hyundai-Santa fe” markalı avtomobil toqquşub. Nəticədə “Niva”da olan Əliyeva Zərifə İbrahim qızı, Əhmədov Məhəmməd Mehdixan oğlu və Əliyev Mütəllim Xanış oğlu ölüb. Əhmədov Pərvin Məhəmməd oğlu və “Hyundai”də olan sərnişinlər Mahmudov Qüdrət Mehdi oğlu, Mahmudov Qəşəm Əbülfəz oğlu və Mahmudov Seyfəli Mehdi oğlu ağır yaralanıb.

Xəsarət alanlar Naxçıvan Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Loading

Next Post

Stoltenberqin Qafqaz SƏFƏRİ və Putinin üçüncü dünya müharibəsi MESAJI

NATO-nun baş katibi Yens Stoltenberq Cənubi Qafqazda səfərdədir.  O, əvvəlcə Bakıya gəlib, sonra Tbilisiyə, ardınca İrəvana səfər edib. Yens Stoltenberqin səfər çərçivəsində Bakıda 3 mühüm görüş keçirib. O, öncə Prezident İlham Əliyevlə sonra xarici işlər naziri Ceyhun Bayramov və müdafiə naziri Zakir Həsənovla danışıqlar aparıb. Ekspertlər deyir ki, üç postsovet ölkəsində aparılan danışıqlar […]