Xankəndinin mərkəzi meydanına ad verildi

Oxunma vaxtı:22 Saniyə

Xankəndinin mərkəzi meydanına “Zəfər meydanı” adı verilib.

Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrikində bu barədə danışan Prezident İlham Əliyev deyib: “Uzun illər ərzində bu meydan və bu bina separatçıların yuvası idi. …Məhz bu meydanda xalqımıza qarşı çirkin planlar hazırlanırdı. Məhz bu binada Xocalı soyqırımının törədilməsi üçün əmrlər verilmişdir. Bu gün isə biz bu meydanda dayanmışıq. Əziz xalqıma bildirmək istəyirəm ki, bu meydana mən “Zəfər meydanı” adı vermişəm, bundan sonra bura Zəfər meydanıdır”.

Loading

Next Post

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - YENİLƏNİB

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş krallığın monarxı III Çarlz səlahiyyətinin icrasını davam etdirir və xüsusi işləri ilə məşğuldur. Məlumatı Bukingem sarayı yayıb. Qeyd edək ki, bir müddət əvvəl sarayın adından kralın vəfat etməsi barədə məlumat yayılmışdı. 15:57 Böyük Britaniya kralı III Çarlz 75 yaşında vəfat edib. Məlumat teleqram-kanallarda yayılıb. […]