“Qarabağ” Vətənə qayıtdı – FOTO

Oxunma vaxtı:23 Saniyə

UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununda Almaniyada “Bayer” klubuna qarşı əzmkar mübarizə aparan “Qarabağ” Vətənə qayıdıb.

Komanda üzvlərini Heydər Əliyev Beynəlxalq Aeroportunda azarkeşlər, media nümayəndələri və futbolçuların yaxınları qarşılayıblar.

37 oyundur məğlub olmayan Leverkuzen təmsilçisinə 2:3 hesabı ilə uduzan Ağdam klubunun qollarını Abdullah Zubir və Olavio Juninyo vurublar.

Qeyd edək ki, evdəki ilk matçda “Bayer” ilə 2:2 hesablı heç-heçə edən “Qarabağ” iki görüşün nəticəsinə əsasən Avropa Liqasında mübarizəni dayandırıb.

Loading

Next Post

Əmək pensiyalarının minimum məbləği artırılsın!

Əmək pensiyalarının minimum məbləğinin artırılması təklif edilir. Bu təkliflə deputat Ceyhun Məmmədov parlamentin bu gün keçirilən iclasında çıxış edib. O qeyd edib ki, əmək pensiyasının minimum məbləğinin artırılması istiqamətdə son illərdə mühüm addımlar atılıb. “Ancaq bu məsələnin nəzarətdə saxlanılmasına ehtiyac var”, – deyə o bildirib. Deputat, həmçinin, ali məktəb müəllimlərinin, […]