Azərbaycan və Türkiyənin müdafiə nazirləri hərbi əməkdaşlıq məsələsini müzakirə ediblər- YENİLƏNİB

Oxunma vaxtı:1 Dəqiqə, 15 Saniyə

Ankarada rəsmi səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin milli müdafiə naziri Yaşar Gülər ilə görüşüb.

Müdafiə Nazirliyindən “Report”a bildirilib ki, görüşdən əvvəl Z.Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Ankarada Heydər Əliyev Parkını və Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün mavzoleyini – Anıtqəbri ziyarət edib.

Azərbaycan nümayəndə heyəti Ümummilli Lider Heydər Əliyevin parkdakı abidəsi və Mustafa Kamal Atatürkün məzarı önünə əklil qoyub, Ulu Öndərlərin xatirələrinə ehtiram nümayiş etdirib.

Sonra Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyində təntənəli qarşılama mərasimi olub, müdafiə nazirləri fəxri qarovulun önündən keçib, hər iki ölkənin dövlət himnləri səsləndirilib.

Z.Həsənov protokola uyğun olaraq şərəf kitabını imzalayıb.

Nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə qonaqları salamlayan qardaş ölkənin milli müdafiə naziri onları Türkiyədə görməkdən məmnunluğunu bildirib. Y.Gülər iki ölkə arasında qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan əməkdaşlığın bundan sonra da uğurla inkişaf etdiriləcəyinə əminliyini ifadə edib.

Müdafiə naziri türkiyəli həmkarına göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib. Z.Həsənov Azərbaycan və Türkiyə dövlət başçılarının səmimi münasibətlərinin digər sahələrə olduğu kimi, hərbi əməkdaşlıq sahəsinə də müsbət təsir etdiyini vurğulayıb.

Görüşdə hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

13:16

Ankarada Türkiyənin milli müdafiə naziri Yaşar Gülərlə Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov arasında görüş olub.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Y.Gülər həmkarını rəsmi mərasimlə qarşılayıb.

Daha sonra iki nazir arasında görüş keçirilib.

Qeyd edək ki, Z.Həsənov martın 6-da Türkiyəyə rəsmi səfərə gedib.

Loading

Next Post

Uşaq bağçasının vəzifəli şəxslərinin qanunsuz əməlləri İFŞA OLUNDU

Uşaq bağçasında yol verilmiş qanunsuzluqlarla bağlı cinayət işi başlanıb. Bu barədə Yasamal rayon prokurorluğunun məlumatında deyilir. Xəbərə görə, Bakı şəhəri Yasamal rayonu 184 saylı uşaq bağçasında yol verilmiş qanunsuzluqlarla bağlı daxil olmuş müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılıb. Araşdırmalarla qeyd olunan bağçanın vəzifəli şəxsləri tərəfindən müvafiq məlumat bazasında adları qeydə […]