Bu gün qadınlara “yox” deyən kişilər hədiyyə alırlar

Oxunma vaxtı:59 Saniyə

Hər 4 ildən bir fevral ayının sonuncu günü ilə bağlı (29 fevral) bəzi ölkələrdə müxtəlif inanclar var. Dörd ilin ən uzun fevral ayı kimi qəbul edilən həmin gündə fərqli adətlər yerinə yetirilir. 

Bu təqvimlə bağlı maraqlı məlumatları təqdim edirik:

İrlandiyada: Bu gündə qadınlar kişilərə evlilik təklif edə bilərlər. Kişilərdən neqativ cavab alan qadınlar isə onlardan hədiyyə almalıdır. Belə ki, “yox” deyən kişi qadına əlcək və ya ipək xalat almalıdır. Bu, subaylıq gecəsi və qadınların imtiyazı kimi qəbul edilir. Sözügedən inanc isə qədim adətlə bağlıdır. Əfsanəyə görə, kişilər evlilik təklifi etmək üçün ləng tərpəndiyi üçün Bricit Müqəddəs Patrikə qadınların ərə getmək üçün çox gözləməli olması ilə bağlı şikayətlənir. O, qadınlara da evlilik təklif edə bilmək üçün icazə verilməsini istəyir. Bununla da təqvimin sözügedən günü qadınların evlilik təklif etməsi üçün seçilir.

Bəzi ölkələrdə 29 fevral uğurlu, bərəkətli gün sayılır. Məsələn, əgər bir şəxsin doğum günü fevralın 29-a düşərsə, onun fitri istedada malik olacağına inanılır. Şotlandiyada və Yunanıstanda isə əksinədir, bu gün uğursuz hesab olunur. Onlara görə, həmin gecədə mistik ağırlıq var və insanlar mütləq problemlərlə qarşılaşırlar. Hətta bu günün uğursuzluğuna o qədər inanılıb ki, 19-cu əsrin bir çox mədəniyyət nümunələrində bu günün uğursuzluğu göstərilməyə çalışılıb. (“Qafqazinfo”)

Loading

Next Post

Hikmət Mirzəyev üçün əlamətdar GÜN

Bu gün müdafiə nazirinin müavini – Quru Qoşunlarının komandanı, general-leytenant Hikmət Mirzəyevin doğum tarixidir. Generalın 56 yaşı tamam olur. General-leytenant Hikmət İzzət oğlu Mirzəyev 29 fevral 1968-ci ildə Biləsuvar şəhərində anadan olub. 1989-cu ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini bitirdikdən sonra SSRİ Silahlı Qüvvələri tərkibində taqım komandiri vəzifəsində xidmətə başlayıb. […]