“Azərbaycan enerji strategiyasını uğurla icra etməkdə davam edir”-ŞƏRH

Oxunma vaxtı:1 Dəqiqə, 10 Saniyə

Dekabrın 10-da Serbiyanın Niş şəhərində Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimi keçirilib.

“Hazırda neft və qaz sənayesi ölkənin iqtisadiyyatının inkişafında mühüm rol oynayır. Həmçinin, ölkənin beynəlxalq əlaqələrinin səviyyəsinin yüksəldilməsində ölkə başçılarının qarşılıqlı səfərlərinin özünəməxsus rolu vardır. Azərbaycan beynəlxalq əlaqələr sahəsində mühüm layihələr həyata keçirmiş və dünyanın aparıcı dövlətləri ilə qarşılıqlı əməkdaşlıqlar qurmuşdur. Bu dövlətlərə Bolqarıstan və Serbiya da daxildir”.

Bu sözləri BiG.AZ-a deputat Ceyhun Məmmədov deyib.

O bildirib ki, Serbiya – Azərbaycan əlaqələri sürətlə və dinamik şəkildə inkişaf etməkdədir. Dövlət başçılarının qarşılıqlı səfərləri onu göstərir ki, əməkdaşlıq əlaqələri davamlı olaraq inkişaf edir. Bolqarıstanın Prezidenti Rumen Redevinin çıxışında da Azərbaycanla bağlı vacib mesajlar verdi. Bu gün bizi yalnız təbii qaz deyil, ölkələrimizi uğurlu və faydalı əməkdaşlıq bağlayır.

“Serbiya və Azərbaycan arasında əməkdaşlıqlar siyasi, iqtisadi, artıq enerji sahəsini də əhatə edir. İki ölkə bir-birinin suverenliyini tanıyan strateji tərəfdaşdır. Niş-Sofiya qaz kəməri Serbiya və Qərbi Balkanlar regionunda məqsəd qaz təchizatının təhlükəsizliyinin təmin edilməsidir və bu layihənin həyata keçməsində Azərbaycanın mühüm rolu var.
Gələcək planların həyata keçməsi üçün əlbəttə enerji resursları, şaxələndirilmiş təchizat şəbəkəsi qurulmalıdır. Cənab prezidentin də qeyd etdiyi kimi, İnterkonnektorun fəaliyyəti Serbiyanın inkişafına böyük tövhə verəcək.
Beləliklə, Azərbaycan qazı da ixrac coğrafiyasını daha da genişləndirmiş oldu. Hazırda Azərbaycan qazı Serbiya da daxil olmaqla 9 ölkəyə ixrac olunur. Bu ölkələrdən 7-si Avropa ölkəsidir. Biz əlbətdə ki, bununla kifayətlənmirik. Gələcək hədəfimiz Avropa məkanında yeni yaradılacaq interkonnektorların vasitəsilə yeni ölkələrin bazarlarına çıxmaqdır”.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Vladimir Putin Azərbaycan Prezidentini təbrik edib

Rusiya Federasiyasının Prezidenti Vladimir Putindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib. AZƏRTAC xəbər verir ki, məktubda deyilir: “Hörmətli İlham Heydər oğlu. Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin. Siz haqlı olaraq həmvətənləriniz arasında və ölkə hüdudları xaricində böyük hörmətə maliksiniz. Sizin rəhbərliyinizlə dost Azərbaycan iqtisadi və sosial sahələrdə əhəmiyyətli uğurlara […]