Sumqayıtda avtomobil piyadaları vurmamaq üçün ağaclara çırpılıb

Oxunma vaxtı:24 Saniyə

Sumqayıtda avtomobil ana və balanı vurmamaq üçün ağaclara çırpılıb.

APA-nın yerli bürosunun məlumatına görə “Toyota Pius” markalı avtomobil iradəetmədən çıxaraq ağaclara çırpılıb..

Hadisə şəhərin Bakı küçəsində 15 və 17-ci məhəllənin kəsişməsində qeydə alınıb.

Məlumata görə, 99 UM 024 dövlət nömrə nişanlı “Toyota Pius” markalı avtomobil yolu keçən ana və uşağı vurmamaq üçün kəskin manevr edib. Nəticədə yoldan çıxan maşın ağaclara çırpılıb və bir neçə şam ağacı qırılıb. Avtomobil əzilib, sürücü yüngül xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Loading

Next Post

Naxçıvan MR təhsil nazirinin müavini vəzifəsindən azad edilib

Avqustun 11-də imzalanan sərəncamla Əhmədova Heyran Rüstəm qızı Naxçıvan Muxtar Respublikası təhsil nazirinin müavini vəzifəsindən azad edilib. APA-nın Naxçıvan bürosu xəbər verir ki, bu barədə sərəncamı Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov imzalayıb.