İraqın şimalında “Pençe-Kilit” antiterror əməliyyatı bölgəsində terror təşkilatı üzvlərinin atəşi nəticəsində 2 türk əsgəri şəhid olub, 3-ü yaralanıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Açıqlamada yaralı əsgərlərin dərhal xəstəxanaya aparıldığı, bölgədə əməliyyatların davam etdiyi bildirilib.