Şimşək çaxacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

Oxunma vaxtı:21 Saniyə

Azərbaycanın rayonlarında iyulun 30-u axşamdan 31-i gündüzədək bəzi şimal və şərq rayonlarında arabir yağış yağacağı gözlənilir.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.
Şərq küləyi bəzi yerlərdə arabir 15-20 m/s-dək güclənəcək.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimalı var.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Azərbaycanda YENİ QADAĞA

Azərbaycanda istifadəsinə icazə vərəqəsi olmadan radioelektron vasitələrin quraşdırılması və istismarı qadağan edilib. Musavat.com-un xəbərinə görə, bu, Baş nazir Əli Əsədovun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 1 fevral tarixli 22 nömrəli Qərarı ilə təsdiq edilmiş “Radiotezliklərin ayrılması, qeydiyyatı, istifadəsi və ödənişlərin təyin olunması Qaydaları”nda dəyişiklik edilməsi barədə qərarında əksini tapıb. Dəyişikliklə qərarın […]