Pandemiya ilə əlaqədar tədrisin dayandırıldığı müddət üçün müəllimlərin əməkhaqlarının ödənilməsində hər hansı fərqin olması nəzərdə tutulmur. Nazirin sözlərinə görə, hər bir təhsil işçisi əvvəlki əməkhaqqısını alacaq: “Təhsil sistemində çalışan insanların əməkhaqlarının, tələbələrin təqaüdlərinin vaxtında ödənilməsi Prezident İlham Əliyev tərəfindən qarşımıza qoyulan ən əsas vəzifələrdəndir”.
“Ehtimal var ki, mayın 11-dən sonra Bakıda SMS-lə bağlı verilən qərar ləğv edilsin”. Doğrusöztv.Az xəbər verir ki, bu sözləri açıqlamasında ölkənin baş infeksionisti Cəlal İsayev deyib.Onun sözlərinə görə, koronavirusun yayılmasının qarşısının alınması ilə bağlı elan edilən karantin dövrü hissə-hissə yumşaldılır: “Mayın 11-dən sonra daha böyük yumşalma gözlənilir. Ona kimi respublikada […]