İtkin düşən hərbçilər təltif olundu – SİYAHI

alfonsonri
Oxunma vaxtı:32 Saniyə

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularının təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb. Sərəncamla Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə bir qrup hərbi qulluqçu təltif edilib.

Təltif olunan arasında Vətən müharibəsində itkin düşən hərbi qulluqçular da var.

Onlardan leytenant Vəlizadə İbrahim Səməd oğlu “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə”, əsgər Salamov Qorxmaz Bayram oğlu “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə”, əsgər Qədirli Elnur Rəcəb oğlu “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” və əsgər Mehdiyev Asim Yaqub oğlu “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunublar.

Loading

Next Post

Ölümü ilə əbədilik qazanan Şəhidimiz...

Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən Şəhidlərimizin ömür yolu örnəkdir. Şəhidlik qəhrəmanlığın ən ali məqamıdır. Bu zirvəyə ucalmaq hər kəsə nəsib olmur. Yalnız məqsədləri, amalları uğrunda vuruşan, qorxu nə olduğunu bilməyən, Vətən və xalq yolunda canını fəda etməkdən çəkinməyən, ləyaqətli, cəsarətli, vətənpərvər insanlar bu zirvəyə ucala bilərlər. Bu ali məqama, […]