“Gölün insan həyatına neqativ təsiri məsələləri araşdırılacaq” – Nazir

alfonsonri
Oxunma vaxtı:20 Saniyə

“Sizin göllə bağlı narahatlığınız çox ciddi şəkildə öyrəniləcək. Müvafiq qurumlar burada təhlillər aparacaqlar”.

Bunu Gədəbəyin Söyüdlü kəndindəki vəziyyətin araşdırılması üçün yaradılan Komissiyanın sədri, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev sakinlərlə görüşü zamanı deyib.

Komissiya sədri bildirib ki, gölün insan həyatına nə qədər neqativ təsir göstərməsi məsələlərinin hamısı araşdırılacaq:

“Bəndqurma işlərinə ciddi şəkildə yanaşılacaq. Hava monitorinqi onu göstərir ki, Söyüdlü kəndində və gölün ətrafında çirklənmə yoxdur”.

Report

Loading

Next Post

DSX-nin generalı ehtiyata göndərildi

Dövlət Sərhəd Xidmətinin (DSX) Kadrlar Baş İdarəsinin rəisi general- mayor Ayaz Hüseynov vəzifəsindən azad edilib. Bununla bağlı müvafiq sərəncam imzalanıb. Ayaz Hüseynov silahlı qüvvələrin ehtiyatına götürülüb.