Naftalanda qazi özünü icra hakimiyyətinin önündə yandırdı – YENİLƏNİB

alfonsonri
Oxunma vaxtı:24 Saniyə

Naftalanda Vətən müharibəsi iştirakçısı özünü yandırıb.

Bu barədə Baş Prokurorluqdan məlumat verilib.

İyunun 20-də Vətən müharibəsi iştirakçısı, 1993-cu il təvəllüdlü İlkin Tağıyevin Naftalan şəhəri ərazisində üzərinə tez alışan maddə tökərək özünü yandırması faktı üzrə Goranboy rayon prokurorluğunda araşdırma aparılır.

***15:48

Naftalanda qazi Tağıyev İlkin Həmid oğlu özünü yandırıb.

Bu barədə sosial şəbəkədə məlumat yayılıb.

Bildirilib ki, İlkin Tağıyev hadisəni Naftalan şəhəri İcra Hakimiyyəti inzibati binasının önündə edib. Qazinin hansı səbəbdən bu əməli törətdiyi hələlik məlum deyil.

Loading

Next Post

“Qarabağ”ın ÇL-dəki rəqibi məlum oldu - YENİLƏNİB

Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib. Püşkatmada Azərbaycan çempionu “Qarabağ”ın da rəqibi müəyyənləşib. Qurban Qurbanovun yetirmələri bu mərhələdə “Linkoln”la (Cəbəllütariq) qarşılaşacaq. Ağdam klubu ilk matçı səfərdə keçirəcək. Çempionlar Liqasında I təsnifat mərhələsinin ilk görüşləri iyulun 11-12 baş tutacaq. Cavab oyunları bir həftə sonra təşkil olunacaq. ***09:57 Bu gün […]