Avtobuslarda ödənişlə bağlı – Yenilik

alfonsonri
Oxunma vaxtı:28 Saniyə

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) ictimai nəqliyyatda alternativ ödəniş imkanı yaradan yeni mobil tətbiqi təqdim edib.

Yeni mobil tətbiq vasitəsilə sərnişinlərin QR bilet alması, bütün bank kartları vasitəsilə “BakıKart” hesabını artırması mümkün olacaq.

Hazırda pilot mərhələsində olan mobil tətbiq iyulun 1-dən tam qüvvəsi ilə sərnişilərin xidmətində olacaq.

AYNA-nın departament rəhbəri Sübhan Əbilov bildirib ki, sərnişinlərin aldığı QR bilet 5 dəqiqə ərzində keçərli olacaq: “Əgər sərnişin aldığı bileti 5 dəqiqə ərzində istifadə etməsə, onun biletə görə etdiyi ödəniş hesabına geri qayıdacaq. Sərnişinlər eyni zamanda mobil tətbiq vasitəsilə bir neçə bilet də ala bilərlər”.

Loading

Next Post

Azərbaycanda sabiq deputat vəfat etdi- FOTO

Milli Məclisin sabiq deputatı Akif Şahbazov 65 yaşında dünyasını dəyişib. Bu barədə mərhumun yaxınları sosial şəbəkədə paylaşım edib. Bildirilib ki, A.Şahbazov doğulduğu Biləsuvar rayonunun Yuxarı Cürəli kəndində dəfn edilib. Qeyd edək ki, A.Şahbazov 1995-2000-ci illərdə Milli Məclisin deputatı olub.