Ermənistan təxribat üçün niyə Zodu seçib? – Video

alfonsonri
Oxunma vaxtı:42 Saniyə

Son günlər Ermənistan silahlı qüvvələri tərəfindən xüsusilə Basarkeçər rayonunun Zod istiqamətində atəşkəs mütəmadi olaraq pozulur.

Dogrusoztv.az “Xəzər xəbər”ə istinadən xəbər verir ki, qarşı tərəf sözügedən ərazilərdə təxribatlar zamanı döyüş PUA-larından tez-tez istifadə edir.

Hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, Ermənistanın Zod istiqamətini seçməsinin müxtəlif səbəbləri var.

Onun sözlərinə görə, bunlardan biri şərti sərhəddə yerləşən Azərbaycan Ordusunun həmin ərazilərdə baş verən proseslərdən diqqətini yayındırmaqdır. Onlar bu yolla həm də öz mövqelərini gücləndirməyə cəhd edirlər.

Hərbi ekspert Ermənistanın istifadə etdiyi pilotsuz uçuş aparatlarına da diqqət çəkib. Bildirib ki, primitiv qaydada hazırlanan avadanlıqlar ordumuzun balansında olan zərbə dron aparatları ilə müqayisə oluna bilməz.

Ekspert qeyd edib ki, Azərbaycan Ordusu qarşı tərəfin pilotsuz uçuş aparatlarını asanlıqla sıradan çıxarır.

Ekspert vurğulayıb ki, Ermənistan belə cılız addımlarla döyüş meydanında və danışıqlar prosesində istəyinə nail ola bilməyəcək.

Loading

Next Post

Bakıda 15 nəfərin öldüyü dəhşətli yanğından 8 il ötür

19 May 2015-ci ildə Binəqədi rayonu Azadlıq prospekti 200/36 ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasında baş verən dəhşətli yanğın hadisəsindən 8 il ötür. Yanğının başlamasına səbəb ilkin versiya kimi binanın üzərinə çəkilmiş penoplas üzlüklər göstərilib. Hadisə nəticəsində 15 nəfər ölüb, 64 nəfər isə yaralanıb. Fakt üzrə Baş Prokurorluğun Ağır Cinayətlərə […]