Bakıda DƏHŞƏT: Söyüşə görə qonşusunu baltaladı

alfonsonri
Oxunma vaxtı:29 Saniyə

Bakıda kişi qonşusu tərəfindən baltalanıb.

“Unikal”ın əldə etdiyi məlumata görə, hadisə ötən gün saat 23 radələrində qeydə alınıb.

Belə ki, 1975-ci il təvəllüdlü İsmayılov Zəmanət Nəsir oğlu qonşusu 1977-ci il təvəllüdlü, Məmmədzadə Namiq Mövsüm oğlu ilə aralarında olan telefon danışığı zamanı sonuncunun ona söyüş söyməsi səbəbindən Bakı şəhəri, Sabunçu rayonu Məhəmmədi qəsəbəsi, Ə.Əliyev küçəsində balta ilə Məmmədzadə Namiq Mövsüm oğlunun baş nahiyəsindən bir neçə zərbə vurub.

Nəticədə ona alının sol nahiyəsinin, sol qulağın, qulaq seyvanının və sol gicgah nahiyəsinin kəsilmiş yaraları ilə nəticələnən xəsarətlər yetirib. Faktla bağlı Sabunçu RPİ-də araşdırma aparılır.

Loading

Next Post

Nazir daha 2 polisi nöqsanlara görə İŞDƏN ÇIXARDI

Daxili İşlər Nazirliyi tərəfindən Polis İdarələrində xidməti kompleks yoxlamalar davam etdirilir. Dogrusoztv.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, yoxlamalar nəticəsində daha 2 vəzifəli şəxs işdən azad edilib. Belə ki, Mehdiabad Polis Bölməsinin rəis müavini, polis mayoru Xəqani Bəhramov və Saray Polis Bölməsinin rəis müavini, polis polkovnik-leytenantı Ziyad İbrahimovun xidməti fəaliyyətində nöqsanlara […]