Türkiyə vətəndaşlarının Sudandan təxliyəsi üçün səylərini davam etdirir – Çavuşoğlu

alfonsonri
Oxunma vaxtı:37 Saniyə

Ankara Türkiyə və digər ölkələrin vətəndaşlarının Sudandan çıxarılması üçün səylərini davam etdirir.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “TV 100” telekanalına müsahibəsi zamanı deyib.

Onun sözlərinə görə, Türkiyə hakimiyyəti 1490 vətəndaşını Efiopiya ərazisi vasitəsilə Sudandan təxliyə edib.

“Sudandan 1 490 nəfəri avtobusla təxliyə etdik. Onlardan 640-ı Efiopiyaya çatıb. 189 nəfər Efiopiya sərhədini keçərək Əddis-Əbəbəyə doğru gedir. Hazırda 850 nəfər yoldadır. Sabah qalan vətəndaşlarımızı avtobusla yola salırıq”, – deyə nazir bildirib.
Ətraflı

M.Çavuşoğlu qeyd edib ki, hazırda hava yolu ilə təxliyə marşrutu planlaşdırılır.

Nazir əlavə edib ki, o, təxliyə olunanların Efiopiya sərhədindən keçməsinin asanlaşdırılması məsələlərini müzakirə etmək üçün efiopiyalı həmkarı ilə əlaqə saxlayıb.

M.Çavuşoğlu bildirib ki, Türkiyə həmçinin 13 ölkənin 110 vətəndaşının münaqişələrin hökm sürdüyü Sudandan təxliyəsinə kömək edib.

Loading

Next Post

Milli Məclis 12 məsələyə görə TOPLAŞIR

Bu gün Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası keçiriləcək. İclasın gündəliyinə 12 məsələ daxil edilib. Bunlar aşağıdakılardır: 1. İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibində dəyişiklik edilməsi haqqında. 2. Azərbaycan Respublikası Hesablama Palatasının illik hesabatı. 3. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə […]