Dövlət Mülki Aviasiya Agentliyinin səlahiyyəti artırıldı

alfonsonri
Oxunma vaxtı:18 Saniyə

Dövlət Mülki Aviasiya Agentliyi Aviasiya Təhlükəsizliyi üzrə Respublika İdarələrarası Komissiyanın Katibliyinin funksiyalarını həyata keçirəcək.

Bu, Prezident İlham Əliyevin müvafiq fərmanında əksini tapıb.

Fərmana əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi aviasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində fəaliyyət göstərən komissiyaların işində iştirak edəcək və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Aviasiya Təhlükəsizliyi üzrə Respublika İdarələrarası Komissiyanın Katibliyinin funksiyalarını həyata keçirəcək.

Loading

Next Post

Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin NƏZƏRİNƏ!

“Hazırda Türkiyədə 27 minə yaxın Azərbaycan vətəndaşı təhsil alır”. Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, həmin tələbələrin ölkəyə qayıdışı onların təhsil aldıqları ali təhsil müəssisəsindəki təhsilin təşkili formasına uyğun olaraq, şəxsi seçimləri əsasında tənzimlənir. “Azərbaycana qayıtmaq üçün hansısa müraciət-qeydiyyat prosesinə zərurət olmadığından onların müvafiq sərhəd-buraxılış məntəqələrindən […]