Bu şəxslər Azərbaycana quru sərhədlə keçə bilər – Rəsmi

alfonsonri
Oxunma vaxtı:25 Saniyə

Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin Vətənə quru sərhədlə keçməsinə icazə verilib.

Bu barədə Azərbaycanın Türkiyədəki Səfirliyinin Türkiyədə təhsil alan Azərbaycan vətəndaşlarına müraciətində bildirilib.

Türkiyə Respublikasında ikinci semestrdə təhsilin distant qaydada həyata keçirilməsi ilə bağlı qəbul edilmiş qərar səbəbindən hazırda həmin ölkədə subbakalavr, bakalavr, magistratura, doktorantura və rezidentura təhsili alan AR vətəndaşları və onların birinci dərəcəli ailə üzvlərinin (ata/ana, ər/arvad, övladlar) tələbə biletini təqdim etməklə zəruri icazə olmadan 2023-cü ilin 10 may tarixinədək quru sərhədləri vasitəsilə Azərbaycan Respublikasına daxil olmalarına icazə verilib.

Loading

Next Post

Prezidentdən bayrağımızın İrəvanda yandırılmasına sərt - Reaksiya

“Hesab edirəm ki, bu, erməni hökumətinin növbəti çirkin əməlidir. Mən bunu belə qəbul edirəm. Bu, təsadüfən baş vermiş, hansısa bir fərdin əməli deyil. Bu, Ermənistan hökumətinin növbəti çirkin əməlidir”.  Bu fikirləri Prezident İlham Əliyev Ermənistanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycanın bayrağının yandırılması ilə bağlı sualı cavablandırarkən […]