Sahibə Qafarova Rusiyada işgüzar səfərdədir

alfonsonri
Oxunma vaxtı:27 Saniyə

Milli Məclisin sədri Sahibə Qafarova Sankt-Peterburqda MDB Parlamentlərarası Assambleyasının 55-ci plenar iclasında çıxış edəcək.

Milli Məclisdən verilən məlumata görə, parlament sədrinin iştirakçı ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə görüşləri nəzərdə tutulub.

Qeyd edək ki, Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti Sankt-Peterburqa gəlib.

Sankt-Peterburq şəhərinin Pulkovo hava limanında nümayəndə heyətini Sankt-Peterburq Qanunvericilik Məclisinin sədr müavini Nikolay Bondarenko, MDB PA Şurasının baş katibi Dmitri Kobitski, Azərbaycanın Sankt-Peterburq şəhərindəki baş konsulu Sultan Qasımov, Milli Məclisin MDB PA-dakı daimi nümayəndəsi Aydın Cəfərov və digər rəsmi şəxslər qarşılayıblar.

Loading

Next Post

Aksiyanın 123-cü günü - Tələblər dəyişməyib

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 123 gündür davam edir. Aksiya iştirakçıları ötən gecə boyu yüksək fəallıq nümayiş etdiriblər. Toplanış yerində təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunub və heç bir insident qeydə alınmayıb. Etirazçılar bu səhəri də Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə […]