Ramazanın 20-ci günü: dua, imsak və iftar vaxtı

alfonsonri
Oxunma vaxtı:40 Saniyə

Bu gün Ramazan ayının 20-ci günüdür.

Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, aprelin 11-də imsak vaxtı saat 04:40-da, iftar vaxtı isə 19:29-dədir.

İmsak duası:

“Allahumməftəh li fihi əbvabəl-cinan. Və əğliq ənni fihi əbvabən-niyran. Və vəffiqni fihi litilavətil-Quran. Ya munziləs-səkinəti fi qulubil-mu’minin”.

Tərcüməsi:

“İlahi, bu gün mənim üzümə cənnət qapılarını açıb, cəhənnəm qapılarını bağla! Bu gün məni Quran oxumaqda müvəffəq et! Ey möminlərin qəlbinə aramlıq bəxş edən Allah”.

İftar duası: 

“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli!”.

Tərcüməsi:

“İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”.

Allah orucunuzu qəbul eləsin

Loading

Next Post

Laçın-Xankəndi yolundakı aksiyanın 121-Cİ GÜNÜ

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 121 gündür davam edir. Aksiya iştirakçıları ötən gecə boyu yüksək fəallıq nümayiş etdiriblər. Toplanış yerində təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunub və heç bir insident qeydə alınmayıb. Etirazçılar bu səhəri də Azərbaycan Dövlət Himninin səsləndirilməsi […]