Nikahla bağlı qaydalar DƏYİŞİR

alfonsonri
Oxunma vaxtı:21 Saniyə

Nikaha daxil olmaq istəyən tərəflərin tibbi müayinədən keçmələri barədə arayış elektron formada tərtib olunaraq, tibb müəssisəsi tərəfindən Səhiyyə Nazirliyinə, Səhiyyə Nazirliyindən isə Ədliyyə Nazirliyinin müvafiq informasiya sisteminə ötürüləcək.

Bu barədə məlumat Milli Məclisin aprelin 7-də keçiriləcək iclasının gündəliyinə daxil edilmiş Ailə Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, nikahın ləğvi, etibarsız sayılması barədə məhkəmə qətnaməsindən çıxarış dərhal “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə Ədliyyə Nazirliyinin müvafiq informasiya sisteminə ötürüləcək.

Loading

Next Post

Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə qəfil vəfat edib.  Azərbaycan Dillər Universitetinin tələbəsi Nəzakət İbadlı beyninə qan sızması səbəbindən dünyasını dəyişib. O, universitetin Filologiya fakültəsinin birinci kurs tələbəsi olub.