Prezidentdən Zaur Mikayılovla bağlı SƏRƏNCAM

alfonsonri
Oxunma vaxtı:18 Saniyə

Prezident İlham Əliyev Zaur Mikayılovla bağlı Sərəncam imzalayıb.

Sərəncamla Zaur Rauf oğlu Mikayılov yeni yaradılan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri təyin edilib.

Qeyd edək ki, bu təyinatadək Z. Mikayılov Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri idi. Dövlət başçısının bugünkü fərmanı ilə “Azərsu” ASC və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC əmlakları ilə birlikdə Agentliyin tabeliyinə verilib.

Loading

Next Post

“Azərsu” ilə Meliorasiya və Su Təsərrüfatı ASC birləşdirildi

Azərbaycan Prezidenti İlham Əliyev su ehtiyatları, su təsərrüfatı və meliorasiya sahələrində idarəetmənin təkmilləşdirilməsi haqqında fərman imzalayıb.  Sənədə əsasən Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin əsasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yaradılıb: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, su ehtiyatları, su təsərrüfatı və meliorasiya sahələrində idarəetməni təkmilləşdirmək, […]