Ceyhun Bayramov: “Azərbaycanla İsrail arasında əməkdaşlıq ortaq maraqlara əsaslanır”

alfonsonri
Oxunma vaxtı:25 Saniyə

“Ölkələrimiz arasında əməkdaşlıq qarşılıqlı anlaşmaya, hörmətə və ortaq maraqlara əsaslanır”.

Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov israilli həmkarı Eli Kohenlə görüşdən sonra mətbuata birgə bəyanatında bildirib.

“Xalqlarımız arasında yaxın əlaqələr münasibətlərimizin vacib elementidir. Biz 2021-ci ildə İsraildə turizm və ticarət ofisi açdıq. Daha sonra səfirliyin açılmasına qərar verdik. Bu, əməkdaşlığımızda dinamik göstəricidir.

Qarşılıqlı səfərlər münasibətlərimizin daha da genişlənməsində əhəmiyyətli rol oynayır. Yanvar ayında İsrailin Avrasiya ölkələrindəki səfirlərinin iclası Bakıda keçirildi, bu, tərəfdaşlığın və dostluğun ən böyük göstəricisidir”, – Ceyhun Bayramov qeyd edib.

Loading

Next Post

Azərbaycanda kredit faizləri artacaq - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, bu gün Mərkəzi Bankın qərarı ilə uçot dərəcəsi artırılıb. Faiz dərəcəsi 0.25 faiz bəndi artırılaraq 8.75%-ə, faiz dəhlizinin aşağı həddi 0.25 faiz bəndi artırılaraq 7%-ə, faiz dəhlizinin yuxarı həddi isə 0.25 faiz bəndi artırılaraq 9.75%-ə qaldırılıb. Məsələ ilə bağlı açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, […]