“Bütün dünya sizinlə bacara bilmədi” – Sakindən İlham Əliyevə

alfonsonri
Oxunma vaxtı:24 Saniyə

“Allaha şükür burada çox gözəl həyat olacaq. Siz çoxuna layiqsiniz, 30 il əziyyət çəkdiniz orada-burada, yataqxanalarda, çadırlarda. İndi bax belə gözəl şəraitiniz var”.

Bunu Prezident İlham Əliyev Tərtər rayonunun Talış kəndinə səfəri zamanı sakinlərlə görüşdə deyib.

Sakinlərdən biri isə, – “Allah şəhidlərimizə rəhmət eləsin. Ən çox əziyyəti Siz çəkdiniz, cənab Prezident. Bütün dünya sizinlə bacara bilmədi, maşallah olsun”, – deyə Prezidentə bildirib.

Qeyd edək ki, sonra dövlət başçısı və xanımı Talış kəndində fərdi evlərdə aparılan təmir-bərpa işləri ilə də tanış olublar.

Loading

Next Post

İlham Əliyev və ailəsi Novruz tonqalını alovlandırdı - Fotolar

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva martın 18-də Tərtər rayonunun Talış kəndində görülən işlərlə tanış olublar. Dövlətimizin başçısı və birinci xanım əvvəlcə Talış kəndində Xatirə daşına baxış keçiriblər. Dövlət başçısı Talış kəndində görülən işlərlə tanış olub, Novruz tonqalını alovlandırıb və Azərbaycan […]