Polis İmran Xanın evinə girib

alfonsonri
Oxunma vaxtı:23 Saniyə

Pakistan polisi sabiq Baş nazir İmran Xanın Lahor şəhərindəki iqamətgahına daxil olub.

Bu barədə İmran Xan “Twitter“də yazıb.

O qeyd edib ki, məhkəmə prosesində iştirak etmək üçün İslamabad şəhərinə yola düşüb və bundan sonra polis qüvvələri onun evinin ətrafındakı barrikadaları yararaq daxil olublar.

Xan qeyd edib ki, polis onun evinə daxil olarkən xanımı tək olub: “Pəncab polisi Buşra Begum evdə tək olduğu vaxt hücum edib. Bunu hansı qanuna əsasən ediblər? Bu, London planının bir hissəsidir”.

Loading

Next Post

"Ermənistan rəhbərliyini çirkin əməllərdən çəkindirmək üçün xəbərdar edirik" - Prezident

Əfsuslar olsun ki, bu gün İkinci Qarabağ müharibəsinin ibrət dərsi Ermənistana hələ ki, dərs olmayıb. Çünki biz görürük ki, Ermənistanda revanşist qüvvələr baş qaldırıb. Ermənistanda yenə də Azərbaycana qarşı, Azərbaycan torpaqlarına qarşı ərazi iddiaları qaldırılır. Bu sözləri martın 18-də Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Tərtər rayonunun Talış kəndində Azərbaycan […]