Türk dünyasının diqqəti Ankarada – Bu gün liderlər görüşəcək

alfonsonri
Oxunma vaxtı:40 Saniyə

Bu gün Ankarada Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının Zirvə Görüşü keçiriləcək.

Zirvə Görüşündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadır Japarov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, müşahidəçi ölkələrin nümayəndələri Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar, Macarıstanın Baş naziri Viktor Orban və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov iştirak edəcəklər.

Qeyd edək ki, ötən il Səmərqənd Zirvə toplantısında müşahidəçi statusu alan Şimali Kipr Türk Respublikası liderlərin görüşündə ilk dəfə iştirak edəcək.

Məlumata görə, fevralın 6-da baş vermiş dağıdıcı zəlzələlərlə bağlı Türkiyə ilə həmrəylik məqsədilə keçirilən toplantıda fəlakətlər və onların nəticələrilə mübarizədə əməkdaşlığın inkişafı barədə məsələlər müzakirə olunacaq, gündəmdə olan ortaq məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

Zirvə Görüşündən sonra mətbuat konfransı keçiriləcək.

Bu gün, həmçinin Ankarada Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının da iclası keçiriləcək.

Loading

Next Post

Naxçıvanın əmək və əhalinin sosial müdafiəsi naziri İŞDƏN ÇIXARILDI

Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Nicat Babayev vəzifəsindən azad olunub. Dogrusoztv.az “Report”a istinadən xəbər verir ki, bu barədə müvafiq sərəncam imzalanıb. Digər sərəncamla Ceyhun Cəlilov Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilib. O, əvvəllər Bakıda DOST Agentliyinin İdarə Heyətinin sədr müavini vəzifəsində […]