Ceyhun Bayramovdan Ermənistana ÇAĞIRIŞ

alfonsonri
Oxunma vaxtı:25 Saniyə

Ermənistan indi də görüşlərdən boyun qaçırır.

Bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla danışıqlarının yekunları ilə bağlı birgə mətbuat konfransında bildirib.

“Biz öz növbəmizdə real nəticəyə köklənmişik. Hal-hazırda, belə demək olarsa, onlayn danışıqlarla davam edirik və Sülh sazişi layihəsinə dair sənədlərin qarşı tərəfə göndərilməsi baş verir”.

Nazir Ermənistan tərəfinin konstruktiv sülh danışıqlarına köklənmədiyini qeyd edib.

“Ermənistan tərəfi bu mövqeyindən nə qədər tez əl çəkərək danışıqlar masasına geri dönərsə, bu da proses üçün bir o qədər faydalı olacaq”, – o deyib.

Loading

Next Post

Prezident Naxçıvan Ali Məhkəməsinə sədr TƏYİN ETDİ - FOTO

Səadət İnayət qızı Bəktaşi Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi təyin edilib.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Səadət Bəktaşi həmçinin, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri təyin olunub.