FHN-dən əhaliyə tonqal XƏBƏRDARLIĞI

alfonsonri
Oxunma vaxtı:33 Saniyə

Xalqımızın milli-mənəvi dəyərlərini özündə yaşadan və hər birimiz üçün əziz olan Novruz bayramı ilə bağlı müxtəlif mərasimlər, o cümlədən çərşənbə axşamları təşkil olunan tədbirlər zamanı bir sıra hallarda yanğın təhlükəsizliyi qaydalarının pozulması sonda ağır fəsadlara, acı nəticələrə səbəb olur.

Bu barədə FHN-dən bildirilib.

Qeyd edilib ki, Novruz bayramı ilə əlaqədar keçirilən mərasimlərdə yanğın təhlükəsizliyi ilə bağlı bütün tələblərə ciddi əməl olunmalıdır. Belə ki,

– bayram tonqalı ev, avtomobil, elektrik naqili, ağac və digər yanar materiallardan kənarda yandırılmalı;

– tonqalın ətrafına yığışan azyaşlılar mütləq böyüklərin nəzarətində olmalı;

– tonqal üzərindən atılarkən ehtiyatlı olmalı;

– tonqal tam sönənədək nəzarətdə saxlanılmalı;

– yandırılan şamlar nəzarətsiz qalmamalıdır.

Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!

Loading

Next Post

Lavrov Fəxri və Şəhidlər xiyabanlarını ziyarət etdi

Azərbaycanda səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova teleqram kanalında yazıb.