Rövşən Lənkəranskinin adamlarını qətlə yetirən “qanuni oğru” HƏBS EDİLDİ – FOTO

alfonsonri
Oxunma vaxtı:30 Saniyə

“Qanuni oğru” Rəşad İsmayılov (Rəşad Gəncinski) 21 il müddətinə azadlıqdan məhrum edilib. 

“Unikal” rus mətbuatına istinadən xəbər ki,  bu  barədə Moskva Şəhər Məhkəməsi məlumat yayıb.  Məlumata görə, o, iki nəfəri öldürməkdə və qanunsuz silah alverində təqsirli bilinib. 

Qeyd edək ki, prokuror R.İsmayılovun 23 il müddətinə azadlıqdan məhrum edilməsini tələb etmişdi.

Rəşad İsmayılov “qanuni oğru” Rövşən Caniyevin (Rövşən Lənkəranski) yaxınları kimi tanınan Məmmədəli Hüseynov və Qəşəm Verdiyevin qətlində təqsirli bilinib. Hadisə 2009-cu il mayın 15-də baş verib. Adıçəkilən şəxslər “BMW X5” markalı avtomobildə “TT” markalı tapança və “Kalaşnikov” avtomatından güllələniblər.

Gülayə  Mecid  

Вора в законе Рашада Гянджинского отправили в колонию на 21 год

Loading

Next Post

İlham Əliyev Rumıniya Parlamentinin nümayəndə heyətini qəbul etdi - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 27-də Rumıniya Parlamentinin Deputatlar Palatasının sədri İon-Marçel Çolakonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Dövlətimizin başçısı ölkələrimiz arasında təmasların müntəzəm xarakter daşımasından məmnunluğunu bildirərək, iki ölkənin prezidentlərinin qarşılıqlı səfərlərinin bu istiqamətdə atılmış önəmli addım olduğunu qeyd etdi və Rumıniya Parlamentinin Deputatlar Palatasının sədrinin ölkəmizə […]