Deputat quru sərhədlərinin açılmasını TƏKLİF ETDİ

alfonsonri
Oxunma vaxtı:32 Saniyə

Milli Məclisdə quru sərhədlərin açılması təklif olunub.  

Bu təkliflə Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev çıxış edib. 

O bildirib ki, Naxçıvanla Türkiyə arasında quru sərhədlər açılıb:

“İndi də Gürcüstanla quru sərhədlər açılmalıdır ki, tələbələr rahat şəkildə ölkəyə qayıda bilsinlər. Əgər biz qorxuruq ki, onlar xəstəlik gətirərlər, bu elə deyil. Nəzərə çatdırım ki, həmin şəxslər təyyarə ilə də gəlirlər. Xəstəliklə bağlı hər hansı narahatçılığımız varsa, sərhəddə xüsusi tibbi məntəqə yaradıla bilər. Ölkə konstitusiyasına görə heç bir halda Azərbaycan vətəndaşının ölkəyə qayıtmasına maneə yaratmaq olmaz. Konstitusiyada bu açıq şəkildə qeyd olunub. Türkiyədə qalan tələbələr də burada oturan deputatlarla eyni vətəndaş hüquqlarına malikdirlər”.

Loading

Next Post

Azərbaycan Tacikistana başsağlığı verdi

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Tacikistana başsağlığı verib. Bu barədə Nazirliyin “Twitter” səhifəsində paylaşım edib. “Tacikistanın Bədəxşan vilayətində qar uçqunu nəticəsində insan tələfatı və dağıntılara görə dərin hüznlə başsağlığımızı bildiririk. Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayırıq”, – paylaşımda deyilir. Xatırladaq ki, Tacikistanın şərqində […]