Ərdoğan azərbaycanlı hərbçiyə diplom təqdim edib – VİDEO

Oxunma vaxtı:23 Saniyə

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) “ST və MKS” fakültəsinin məzunu Nuran Qənbərliyə Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğan diplom təqdim edib.

Oxu.Az-ın məlumatına görə, 2015-ci ildən Daxili İşlər Orqanlarında çalışan Nuran Qənbərli ötən il Türkiyəyə “Zabitlik” kursu üzrə təhsil almağa göndərilib.

Təhsilini uğurla başa vuran Nuran Qənbərli Türkiyə prezidentinin də qatıldığı məzuniyyət gecəsinə dəvət olunub və ona diplomunu şəxsən Türkiyə prezidenti təqdim edib.

Qeyd edək ki, Nuran Qənbərli AzMİU-nun 2015-ci il məzunudur.

Loading

Next Post

Rusiya XİN Azərbaycan-Ermənistan normallaşmasına dair təklifləri açıqlamaqdan imtina edib

Rusiya Xarici İşlər Nazirliyi (XİN) Soçidə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması ilə bağlı rəsmi Moskva tərəfindən irəli sürülən təklifləri açıqlamaqdan imtina edib. APA-nın Moskva müxbiri xəbər verir ki, Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə ona ünvanlanan “Ermənistan Baş naziri ölkəsinin Azərbaycanla dövlətlərarası münasibətləri Rusiyanın təklif etdiyi prinsipləri əsasında […]