Azərbaycanda “TikTok”a giriş müvəqqəti olaraq DAYANDIRILDI

Oxunma vaxtı:33 Saniyə

Azərbaycanda "TikTok"a giriş müvəqqəti olaraq DAYANDIRILDIMəlum olduğu kimi, cari ilin 12-13 sentyabr tarixlərində Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədində törətdikləri genişmiqyaslı təxribatlara qarşı silahlı qüvvələrimiz tərəfindən layiqli cavab tədbirləri görülmüşdür. Hazırda həyata keçirilmiş hərbi əməliyyatlarla bağlı “TikTok” sosial şəbəkə resursunda ordumuzun uğurlarına kölgə salan, hərbi sirləri özündə əks etdirən, cəmiyyətdə yanlış fikir formalaşdırmaq məqsədi güdən məlumatlar yayımlanmaqdadır. Göstərilənlərlə əlaqədar, “TikTok” sosial şəbəkəsinin fəaliyyətinin Azərbaycan ərazisində müvəqqəti məhdudlaşdırılması qərara alınmış və bunun üçün aidiyyəti orqanlar qarşısında vəsatət qaldırılmışdır.

Bununla bağlı Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb.

Dövlət Təhlükəsizliyi Xidməti vətəndaşlarımızı digər sosial şəbəkələrdə paylaşılan həqiqətə uyğun olmayan və ictimaiyyət arasında vahimə yaratmağa hesablanmış belə məlumatlara inanmamağa və yalnız dövlət qurumlarının rəsmi məlumatlarına istinad etməyə çağırır.

Loading

Next Post

Daha 21 hərbçimiz şəhid oldu

Ermənistanın təxribatı nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin daha 21 hərbçisi şəhid olub. Milli.Az xəbər verir ki, bu barədə MN məlumat yayıb. Yeni siyahıda 71 şəhidin adı göstərilib. Daha əvvəl bu rəqəm 50 idi.  Həmin siyahını təqdim edirik: 21 şəhidimizin siyahısı:  Qəfərli Amin Rasim oğlu – 2004Kərimov Zöhrab Azad oğlu – 2003Qasımov […]