Nazirlik yeni məktəbli formaları ilə bağlı narazılıqlara münasibət bildirib

Oxunma vaxtı:50 Saniyə

Elm və Təhsil Nazirliyi məktəblilər üçün yeni geyim formalarının alınması ilə bağlı valideynlərin narazılıqlara münasibət bildirib.

Nazirlikdən “Report”un sorğusuna cavab olaraq qeyd olunub ki, yeni tədris ilinin sonunadək formaların dəyişdirilməsi məcburi deyil.

Bildirilib ki, hazırkı geyim formaları 2022/2023-cü tədris ilinin sonunadək istifadə edilə bilər: “Bu, Nazirlər Kabinetinin 17 mart 2022-ci il tarixli 96 nömrəli qərarında da yer alıb”.

Xatırladaq ki, sosial şəbəkələrdə bəzi məktəblərdə yeni geyim formasının məcburiliyi barədə məlumatlar yayılıb.

Qeyd edək ki, yeni formaların satışına avqustun 17-dən başlanıb. Bakı Tikiş Evi hər gün təxminən 500-600 yeni məktəbli formasının tikildiyini və bir o qədər də geyimin satıldığını açıqlayıb. Formalar BTE-nin mağazaları ilə yanaşı “Bravo” marketdə də satışa çıxarılır. Yeni formaların istehsalına gec başlandığı üçün tədris ilinin başlanmasına qədər geyimlərin çatdırmaqda çətinliklər yaranıb. Bu səbəbdən bu il yuxarı siniflər üçün məktəbli formaları tikilməyəcək. Bu il Bakı Tikiş Evi yalnız ibtidai sinifləri təmin etmək gücündədir.

Hazırda Bakı Tikiş Evinin qarşısında və məktəbli forması satılan “Bravo” mağazalarının önündə uzun növbə yaranıb

Loading

Next Post

Müdafiə Nazirliyi bütün KİV və sosial şəbəkə istifadəçilərinə müraciət edib

Müdafiə Nazirliyi bütün kütləvi informasiya vasitələri və sosial şəbəkə istifadəçilərinə müraciət edib. “Yalnız Müdafiə Nazirliyinin yaydığı rəsmi məlumatlardan istifadə edilsin, qarşı tərəfin dezinformasiya xarakterli yalan məlumatları paylaşılmasın!Bildiririk ki, Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı nəticəsində baş verən döyüş toqquşması barədə mütəmadi olaraq rəsmi məlumatlar veriləcəkdir”