“Azərişıq”dan yüksəkgərginlikli elektrik xəttində baş vermiş partlayışla bağlı AÇIQLAMA – YENİLƏNİB

Oxunma vaxtı:27 Saniyə

Bakının Nizami rayonunda yüksəkgərginlikli elektrik xəttində baş vermis təhlükəli qəza ilə bağlı “Azərişıq” ASC açıqlama verib.

Qurumun mətbuat xidmətindən Oxu.Az-a bildirilib ki, qəza baş verəndən sonra təmir-bərpa briqadaları əraziyə yollanıb.

“İstehlakçıların keyfiyyətli və dayanıqlı elektrik enerjisi təchizatının kəsilməməsi üçün dairəvi sxem üzrə abonentlər ehtiyat xətt vasitəsi ilə elektrik enerjisi ilə təmin edilib. Hazırda qəza baş verən ərazidə bütün abonentlərin elektrik enerjisi təchizatı qaydasındadır. Əməkdaşlarımız ərazidə çalışır və qarşıdakı saatlarda qəza baş verən xətt təmir edilərək istismara veriləcək”, – deyə qurumun açıqlamasında deyilib.

Loading

Next Post

Metronun "Nizami" stansiyasında sərnişinlər qatardan niyə düşürdülüb? - AÇIQLAMA

“Həzi Aslanov-Dərnəgül” marşrutu üzrə hərəkət edən qatar texniki nasazlıq səbəbilə “Nizami” stansiyasında sərnişinləri düşürüb”. Bu barədə “Qafqazinfo”ya Bakı Metropolitenindən bildirilib. Qeyd edilib ki, texniki baxış üçün qatar depoya göndərilib. Əvəzinə ehtiyat qatar xəttə verilib. Yubanma intervaldan əlavə 2 dəqiqə olub.