“Qarabağ”ın bütün potensial rəqibləri dəqiqləşdi – Avropa Liqası

Oxunma vaxtı:48 Saniyə

“Qarabağ”ın Avroliqanın qrup mərhələsindəki bütün potensial rəqibləri dəqiqləşib.

Qol.az xəbər verir ki, püşkatmaya 2-ci səbətdən qoşulacaq Ağdam klubu yer aldığı səbət istisna olmaqla, digər səbətlərin komandaları ilə eyni qrupda ola bilər:

1-ci səbət: “Roma”, “Latsio” (hər ikisi İtaliya), “Mançester Yunayted”, “Arsenal” (hər ikisi İngiltərə), “Braqa” (Portuqaliya), “Srvena Zvezda” (Serbiya), “Dinamo” (Kiyev, Ukrayna), “Olimpiakos” (Yunanıstan)

2-ci səbət: PSV, “Feyenoord” (hər ikisi Niderland), “Renn”, “Monako” (hər ikisi Fransa), “Real Sosyedad” (İspaniya), “Qarabağ” (Azərbaycan), “Malmö” (İsveç), “Ludoqorets” (Bolqarıstan)

3-cü səbət: “Şerif” (Moldova), “Betis” (İspaniya), “Midtülland” (Danimarka), “Budö Qlimt” (Norveç), “Ferentsvaroş” (Macarıstan), “Yunion” (Berlin), “Frayburq” (hər ikisi Almaniya), “Fənərbaxça” (Türkiyə)

4-cü səbət: “Nant” (Fransa), HİK (Finlandiya), “Şturm” (Avstriya), AEK (Larnaka), “Omoniya” (hər ikisi Kipr), “Yunion” (Belçika), “Sürix” (İsveçrə), “Trabzonspor” (Türkiyə)

Qeyd edək ki, Avropa Liqasında qrup mərhələsinin püşkü bu gün atılacaq. Mərasim Bakı vaxtı ilə saat 15:00-da başlayacaq. Qrup mərhələsinin ilk görüşlərinə sentyabrı 8-i start veriləcək.

Loading

Next Post

Bu tarixdən məktəblərə qadağa qoyula bilər - AÇIQLAMA

Bu gün koronavirusun mutasiyası prosesi davam edir. Virusun yoluxuculuq indeksi yüksək olsa da, onun ağırlaşdırıcılıq və öldürücülük qabiliyyəti xeyli aşağıdır. Əslində, yoluxmanın yüksək olması təbii haldır. Çünki virus adaptasiya edərək haradasa özünə yaşamağa yer axtarır. Belə olan halda insan hüceyrəsi hədəf olur.BiG.AZ xəbər verir ki, bu sözləri Bakı.vs-yə açıqlamasında tibb elmləri doktoru, […]