Vilayət Eyvazovdan yeni təyinat

Oxunma vaxtı:22 Saniyə
Goranboy Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi (DYP) bölməsinə yeni rəis təyin edilib.
Doğrusöztv.Az-ın məlumatına görə, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun imzaladığı əmrlə polis mayoru Müşviq Əliyev Goranboy rayon Yol Polisi Şöbəsinə rəis təyin olunub.

M.Əliyev bu təyinata kimi Tərtər Rayon Polis Şöbəsinin (RPŞ) DYP bölməsinin rəisi vəzifəsində çalışıb.
Goranboy DYP-ın əvvəlki rəisi Emin Musayev bir neçə gün bundan əvvəl Bərdə RPŞ DYP bölməsinin rəisi təyin edilib.

Loading

Next Post

Qazi baş leytenant: "Xalqın dəstəyi Azərbaycan Ordusuna yalnız və yalnız güc verib"

“Biz Vətən müharibəsində həm özümüzün, həm xalqımızın, həm də dövlətimizin gücünün və qüdrətinin şahidi olduq. Məhz bu güc və qüdrətin sayəsində bu gün başıuca gəzirik”. Bunu “Report”a açıqlamasında Vətən müharibəsi qazisi, baş leytenant Həsən Allahverdiyev deyib. O vurğulayıb ki, Vətən müharibəsindəki qələbəyə məhz xalqın birliyi, ordumuzun gücü və Prezident İlham […]