Prezident: “Zəngəzur dəhlizi artıq reallığa çevrilir”

Oxunma vaxtı:19 Saniyə

“Zəngəzur dəhlizi artıq reallığa çevrilir”.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev iyunun 29-da Aşqabadda keçirilən Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında çıxışı zamanı deyib.

“Azərbaycan Vətən müharibəsində Qələbədən və Ermənistanla münaqişənin həllindən sonra Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması və bərpası, o cümlədən beynəlxalq nəqliyyat əlaqələrinin inkişafı üzrə genişmiqyaslı işlər görməyə başlayıb”, – dövlət başçısı qeyd edib.

Loading

Next Post

Kürdəxanıda faciə ilə bitən yanğının TƏFƏRRÜATI: “Körpələr çarpayıdan düşərək iməkləyiblər” - VİDEO

Bu gün Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində güclü yanğın hadisəsi nəticəsində bir ailənin yeddi üzvü xəsarət alıb. Baku TV yanğının baş verdiyi evdə olub. Şahidlərin sözlərinə görə, körpələr yanğın zamanı çarpayıdan düşərək iməkləyiblər. Tavandan düşən parçalardan aldığı xəsarət isə körpələrdən birinin ölümünə səbəb olub. Ətraflı süjeti təqdim edirik: