Prezident İlham Əliyev İctimai Televiziya və Radio Yayımları Şirkətinə maliyyə dəstəyi göstərilməsi haqqında sərəncam imzalayıb.Sərəncamla 2024-cü ildə Fransanın Paris şəhərində keçiriləcək XXXIII Yay Olimpiya Oyunlarını yayım hüququnu Azərbaycan Respublikası İctimai Televiziya və Radio Yayımları Şirkətinin əldə etməsi üçün Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat […]
İlham Əliyevə təbriklər gəlməkdə davam edir – YENİLƏNİB
Çex Respublikasının Prezidenti Miloş Zeman Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Məktubda deyilir: “Zati-aliləri. Milli bayramınız – Müstəqillik Günü münasibətilə Sizi çex xalqı adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edirəm. Sizə, ölkənizə və bütün Azərbaycan xalqına rifah, birlik və firavanlıq arzulayıram. Çex Respublikası ilə Azərbaycan Respublikası arasındakı […]
Filippin prezidenti Putini sərt TƏNQİD ETDİ
Filippin prezidenti Rodriqo Duterte özünün “yaxın müttəfiqi” kimi qələmə verdiyi rusiyalı həmkarı Vladimir Putini Ukraynaya müdaxiləyə görə sərt şəkildə tənqid edib. Putini Ukraynada günahsız dinc sakinləri öldürməkdə günahlandıran Duterte “Mən cinayətkarları öldürürəm, uşaqları və qocaları öldürmürəm” deyib. Nazirlər Kabinetinin iclasında çıxış edən Duterte “Bir çoxları mənim və Putinin qatil olduğumuzu deyir. Amma […]
Sahil Babayev bu boksçuların MAAŞLARINI KƏSDİ
Azərbaycan Boks Federasiyasında (ABF) yenidən maaş problemi yaşanır. “Unikal”ın əldə etdiyi məlumata görə, boks üzrə Azərbaycan çempionatında ikinci və üçüncü yerə çıxan idmançılara artıq maaş verilmir. Belə ki, ABF-nin sabiq prezidenti Kəmaləddin Heydərovun zamanında onların hər birinə aylıq maaş ödənilirdi. Lakin əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babyev bu […]
Meymunçiçəyi daha bir ölkədə AŞKARLANDI
Sloveniyanın Mikrobiologiya və immunologiya institutu ölkədə bir nəfərdə meymunçiçəyi virusunun aşkar edildiyini bildirib. Bu barədə institutun açıqlamasında deyilir. Qeyd olunur ki, həmin virusa bir müddət əvvəl Kanar adalarından qayıtmış şəxs yoluxub. Eyni zamanda Ümumdünya Səhiyyə Təşkilatı meymunçiçəyi infeksiyasının bu günədək 19 ölkədə 131 nəfərdə aşkarlandığını, daha 106 yoluxma şübhəsinin araşdırıldığını […]
Nəzirlər onlayn ödənəcək?
Nəzirlərin elektron qaydada ödənilməsi ilə bağlı qaydalar hazırlanır. Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bu gün keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, hazırda həmin qaydalar üzərində iş gedir. “Bununla bağlı proses yekunlaşdıqdan sonra cəmiyyətə ətraflı məlumat veriləcək”.
Azərbaycanlı aktyor Türkiyədə BELƏ GÜLLƏLƏNDİ – ANBAAN VİDEO
Xəbər verdiyimiz kimi, ötən gün İstanbulun Fatih bölgəsində iki qrup arasında silahlı insident baş verib. Hadisə nəticəsində 1-i polis olmaqla, 7 nəfər yaralanıb. Yaralananlar arasında Türkiyədə yaşayan azərbaycanlı aktyor Kamran Dadaşzadə də olub. Baş nahiyəsindən güllə yarası alan K.Dadaşzadə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Dogrusoztv.az xəbər […]
Əsgərlikdə ola-ola Bakıda avtoşluq edən iş adamının oğluna cinayət işi açıldı
Müdafiə Nazirliyi törətdiyi avtoxuliqanlıq hərəkətlərini videoya çəkərək sosial şəbəkələrdəki özünə məxsus hesablarında paylaşan və hərbi qulluqçu olduğu qeyd edilən şəxslə bağlı məlumata münasibət bildirib.Məlumatda deyilir:“N nömrəli hərbi hissədə müddətli həqiqi hərbi xidmətdə olan əsgər Məlikov Əziz Soltanpaşa oğlu xidmət müddəti ərzində intizamsızlıq göstərərək hərbi hissəni özbaşına tərk edib, eləcə də […]
İranlı nazir Azərbaycana səfər edəcək
İranın neft naziri Cavad Ovci iyunun əvvəlində Azərbaycana səfər edəcək. İranlı nazir iyunun 2-3-də Bakıda keçiriləcək Bakı Enerji Forumunda iştirak edəcək. Forumda “Energetika keçid dövründə – Transformasiya olunan dünyada yeni imkanlar və çağırışlar”, “Qlobal enerjinin inkişafı icmalı”, “Xalis sıfıra aparan yol”, “Enerji sektorunda az karbonlu gələcəyə keçid üçün kadr potensialı” […]
Balakişi Qasımov yenidən İTV-nin baş direktoru seçildi
Bu gün Audiovizual Şuranın inzibati binasında İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) Yayım Şurasının iclası keçirilib. İclasda Yayım Şurasının 9 üzvü gizli səsvermədə iştirak edib. Onların hər biri Balakişi Qasımovun lehinə səs verib.