İranlı nazir Azərbaycana səfər edəcək

alfonsonri
Oxunma vaxtı:29 Saniyə

İranın neft naziri Cavad Ovci iyunun əvvəlində Azərbaycana səfər edəcək.

İranlı nazir iyunun 2-3-də Bakıda keçiriləcək Bakı Enerji Forumunda iştirak edəcək.

Forumda “Energetika keçid dövründə – Transformasiya olunan dünyada yeni imkanlar və çağırışlar”, “Qlobal enerjinin inkişafı icmalı”, “Xalis sıfıra aparan yol”, “Enerji sektorunda az karbonlu gələcəyə keçid üçün kadr potensialı” adlı plenar sessiyalar keçiriləcək. Forumda Xəzər regionunda yeni hasilat imkanları, qaz marşrutları, neft emalı və neft-kimya layihələrinin maliyyələşdirilməsi də nəzərdən keçiriləcək.

Daha əvvəl, yaxın vaxtlarda Azərbaycan və İran arasında Xəzər dənizində neft və qaz yataqlarının işlənməsinə dair yeni sazişlərin imzalanacağı barədə xəbər verilib.

Loading

Next Post

Əsgərlikdə ola-ola Bakıda avtoşluq edən iş adamının oğluna cinayət işi açıldı

Müdafiə Nazirliyi törətdiyi avtoxuliqanlıq hərəkətlərini videoya çəkərək sosial şəbəkələrdəki özünə məxsus hesablarında paylaşan və hərbi qulluqçu olduğu qeyd edilən şəxslə bağlı məlumata münasibət bildirib.Məlumatda deyilir:“N nömrəli hərbi hissədə müddətli həqiqi hərbi xidmətdə olan əsgər Məlikov Əziz Soltanpaşa oğlu xidmət müddəti ərzində intizamsızlıq göstərərək hərbi hissəni özbaşına tərk edib, eləcə də […]