Bu gün 15 sentyabr – Bilik Günü ilə bağlı Bakının bir sıra yollarında tıxac müşahidə olunur. Bununla bağlı DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda yollardakı vəziyyət: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində; 2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 3. Ziya Bünyadov prospekti, Əhməd […]
Xocalı rayonu Daşbulaq kəndinə ilk köç karvanı yola salınıb
“Böyük Qayıdış” planına uyğun olaraq, sentyabrın 13-də Xocalı rayonun daha bir yaşayış məntəqəsinə, Daşbulaq kəndinə əhalinin köç prosesi həyata keçirilir. “Report”un Xocalıya ezam olunan əməkdaşının verdiyi xəbərə görə, ilk mərhələdə Daşbulaq kəndinə 13 ailə 67 nəfər, köçürülür. Kəndə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti […]
Yeni tədris ilində ilk dərs “Konstitusiya və Suverenlik İli”nə həsr olunacaq
2025-2026-cı tədris ilində ümumi təhsil müəssisələrinin II–XI siniflərində ilk dərs “Konstitusiya və Suverenlik İli” mövzusuna həsr olunacaq. Bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb. Qeyd edək ki, sentyabrın 15-də təxminən 2,2 milyon təhsilalan təhsilin müxtəlif pillələri üzrə yeni tədris ilinə başlayacaq.
Ərəb və islam ölkələri İsrailin Qətərə zərbə endirməsinə qarşı qətnamə hazırlayır
Ərəb və islam dövlətlərinin yaxın günlərdə Dohada keçiriləcək fövqəladə sammitində İsrailin Qətər ərazisinə son zərbələrini kəskin şəkildə pisləyən qətnamənin qəbulu müzakirə olunacaq. Qətərin Baş nazirinin müşaviri Məcid bin Məhəmməd Əl Ənsari İsrailin hərəkətlərinin pislənməsinin gündəliyin əsas məsələsi olacağını təsdiqləyib. “Qətnamə layihəsi sabah xarici işlər nazirləri səviyyəsində keçiriləcək hazırlıq iclasında ətraflı […]
Xalq artisti Hacı Murad Yagizarov vəfat edib
Xalq artisti, Dövlət Mükafatı laureatı Hacı Murad Yagizarov vəfat edib. Bu barədə Xalq yazıçısı Natiq Rəsulzadə məlumat verib. O bu gün uzun sürən xəstəlikdən sonra Almaniyada dünyasını dəyişib. Qeyd edək ki, Hacı Murad Hacı Əhməd oğlu Yagizarov 18 iyul 1939-cu ildə Bakıda anadan olub. M. A. Əliyev adına Azərbaycan Dövlət […]
“Sonsuz qardaşlıq – IV” çoxmillətli birgə xüsusi təyinatlı qüvvələr təlimi davam edir
Ölkəmizdə Azərbaycan, Qazaxıstan, Qətər, Özbəkistan, Pakistan və Türkiyə xüsusi təyinatlılarının iştirakı ilə keçirilən “Sonsuz qardaşlıq – IV” çoxmillətli birgə təlimi davam edir. Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidməti məlumat yayıb. Əsas diqqətin dost və müttəfiq ölkələrin xüsusi təyinatlı qüvvələri arasında birgə xüsusi əməliyyatların keçirilməsi sayəsində təcrübə mübadiləsinin aparılmasına, qarşılıqlı fəaliyyətlərin […]
BDYPİ azyaşlıların sükan arxasına keçməsi ilə bağlı əhaliyə müraciət edib
Baş Dövlət Yol Polisi İdarəsi azyaşlıların sükan arxasına keçməsi ilə bağlı əhaliyə müraciət edib. Müraciətdə deyilir: “Ötən gün Ağdam rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində azyaşlının idarə etdiyi avtomobilin aşması və həmyaşıdının həlak olması hadisəsi dərin təəssüf doğurur. Bu faciə bir daha göstərir ki, yetkinlik yaşına çatmamış şəxslərin sükan arxasına […]
Şanlıurfada İŞİD-ə qarşı əməliyyat keçirib, 14 şübhəli saxlanılıb
Türkiyə DİN Şanlıurfa mərkəzli 6 vilayətdə İŞİD-ə qarşı əməliyyat keçirib. Əməliyyat zamanı müəyyən ünvanlara basqın edilib. Əməliyyat nəticəsində, 14 şübhəli saxlanılıb.
Azərbaycan neftinin qiyməti 2 % artıb
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,37 ABŞ dolları, yaxud 2 % artaraq 69,49 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat yayıb. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin noyabr fyuçerslərinin qiyməti 67,74 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” […]
Premyer Liqa: “İmişli” “Sumqayıt”la, “Turan Tovuz” “Qəbələ” ilə üz-üzə gələcək
Bu gün Misli Premyer Liqasında IV turun daha iki oyunu keçiriləcək. İlk olaraq “Sumqayıt” “İmişli”nin qonağı olacaq. Qarşılaşma saat 16:30-da start götürəcək. “Gənclik şəhəri” təmsilçisi 7 xalla üçüncü, meydan sahibləri 4 xalla altıncı pillədə qərarlaşıb. Günün ikinci matçında “Turan Tovuz” “Qəbələ” ilə üz-üzə gələcək. Bu görüş saat 19:00-da başlayacaq. Tovuz […]