Zəngilan rayonunun yenidən inşa olunan Məmmədbəyli kəndinin ümumi sahəsi 51,6 hektardır. Bu barədə kəndə təşkil olunan media-turda bildirilib. Qeyd olunub ki, kənddə 188 fərdi ev inşa edilib ki, onlardan 39-u iki, 55-i üç, 55-i dörd və 39-u beşotaqlıdır. Hər bir ev üçün həyətyanı ərazi nəzərə alınaraq hasarlanıb. Evlərdə Günəş panelləri […]
Rusiya ordusu Zaporojyedə yataqxanaya zərbə endirib, 11 nəfər yaralanıb
Rusiya ordusunun Zaporojyedəki yataxanaya zərbəsi nəticəsində 6-sı uşaq olmaqla 11 nəfər yaralanıb.Bu barədə “UNIAN“ Zaporojye Vilayət Hərbi Administrasiyasının rəhbəri İvan Fedorova istinadən məlumat yayıb. “Yaralılar arasında altı uşaq var — üç qız və üç oğlan. Uşaqların yaşı 3 ilə 6 arasındadır. Hamısına zəruri tibbi yardım göstərilir,” – deyə o qeyd […]
Leyla Əliyeva Qəbələdə “Gənc arıçı” layihəsinin iştirakçısı ilə görüşüb
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Qəbələ rayonunda “Gənc arıçı” layihəsinin iştirakçılarından biri olan, Mıxlıqovaq kəndində yaşayan Qafarovlar ailəsinin qonağı olub. Görüş zamanı ailə üzvləri ilə səmimi söhbət edilib, onların layihə çərçivəsində qazandıqları təcrübə və gələcək planları ilə yaxından maraqlanılıb. Ailə üzvləri bu layihənin […]
BDYPİ: Yağışlı hava şəraitində sürücülər və piyadalar daha diqqətli olmalıdır
Hazırda ölkə ərazisində müşahidə olunan yağışlı və çiskinli hava şəraiti yol hərəkəti iştirakçıları üçün əlverişsiz mühit yaradaraq yollarda qəza riskini artırır. Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) müraciətində bildirilib. Qeyd olunub ki, yağış nəticəsində yol səthinin sürüşkən olması, eləcə də görmə məsafəsinin məhdudlaşması sürücülərdən xüsusi diqqət, məsuliyyət və […]
Ceyhun Bayramov Oman Sultanlığının Dövlət Şurasının sədri ilə görüşüb
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Oman Sultanlığına rəsmi səfəri çərçivəsində Oman Dövlət Şurasının sədri Şeyx Əbdülməlik Al Xəlili ilə görüşüb. Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. Görüş zamanı tərəflər Azərbaycan və Oman arasında dostluq və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin inkişafından məmnunluq ifadə edib, əməkdaşlığın müxtəlif istiqamətlərdə, o […]
Prezident İlham Əliyev Rumıniya Senatının sədrini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 29-da Rumıniya Parlamenti Senatının sədri Mirça Abrudeanı qəbul edib. Qonaq Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması, bu xüsusda Vaşinqtonda ABŞ Prezidentinin şahidliyi ilə bəyannamənin imzalanması, Azərbaycan ilə Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Sazişin paraflanması münasibətilə dövlətimizin başçısını təbrik etdi, bunun bütün […]
Səfirlik: Monteneqroda Azərbaycan vətəndaşı saxlanılıb, hüquq-mühafizə orqanları ilə danışıqlar aparılır
Azərbaycan Respublikasının Serbiya Respublikasındakı Səfirliyi və Monteneqrodakı diplomatik ofisi Monteneqronun paytaxtı Podqoritsa şəhərində baş vermiş və Türkiyə vətəndaşlarının və bir nəfər Azərbaycan vətəndaşının saxlanılması ilə nəticələnən iğtişaşlar ilə əlaqədar yayılan məlumatları diqqətlə izləyir. Bu barədə Azərbaycanın Serbiyadakı Səfirliyi məlumat yayıb. Qeyd edilib ki, səfirliyimiz və diplomatik ofisimiz Monteneqroda yaşayan və […]
Bir sıra məhkəmələrə hakimlər və sədrlər təyin edilib – SİYAHI
Prezident İlham Əliyev Apellyasiya instansiyası məhkəmələri sədrlərinin müavinlərinin, məhkəmə kollegiyaları sədrlərinin, birinci instansiya məhkəmələri hakimlərinin, sədrlərinin və sədr müavininin təyin edilməsi ilə bağlı bəzi məsələlər haqqında Sərəncam imzalayıb.Sərəncama əsasən aşağıdakı təyinatlar olub:apellyasiya instansiyası məhkəmələri üzrə:Ələddin Tofiq oğlu Məcidov Şəki Apellyasiya Məhkəməsi sədrinin müavini təyin edilib; Samir Firdusi oğlu Həsənov Şirvan […]
Ukrayna Silahlı Qüvvələri: Rus hərbçiləri Mirnoqrada daxil olmayıb
Rusiya hərbçiləri Donetsk vilayətində yerləşən Mirnoqrad şəhərinə daxil olmayıb. Bu barədə məlumat Ukrayna ordusunun “Şərq” qruplaşmasının komandanlığı tərəfindən yayılıb. Bildirilib ki, Mirnoqrad yaxınlığında ağır döyüşlər getsə də, şəhərin içərisində düşmən qüvvələri yoxdur. Bir gün əvvəl “Şərq” qruplaşmasının nümayəndəsi Qriqori Şapoval Ukrayna telemarafonunun efirində “düşmənin Mirnoqradın kənarlarına daxil olduğunu” bildirmişdi. O, […]
Prezident Zəngilanda 104 mənzilli yaşayış kompleksində görülmüş işlərlə tanış olub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Zəngilan şəhərində 104 mənzilli yaşayış kompleksində görülmüş işlərlə tanış olub. Dövlətimizin başçısına görülmüş işlər barədə məlumat verildi. Bildirildi ki, 12 binadan ibarət yaşayış kompleksinin ümumi sahəsi 2 hektara yaxındır. Burada 104 mənzil inşa olunub. Binalardan 8-i ikimərtəbəli, 4-ü isə üçmərtəbəlidir. Hazırda binaların daxili […]