Sabah Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq. Cənub küləyi əsəcək.Milli Hidrometeorologiya Xidmətindən “Unikal”a verilən məlumata görə, havanın temperaturu gecə 19-23° isti, gündüz 30-35° isti, Bakıda gecə 20-22° isti, gündüz 33-35° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 50-55%, gündüz 40-45 % […]
Qızlarını erkən ərə verən valideynləri 4 il HƏBS GÖZLƏYİR – Qanun DƏYİŞİR?
Yeniyetmələrin nikaha cəlb olunması məsələsi yenidən aktullaşıb. Xüsusilə Sabirabadda 9-cu sinif şagirdinin ərə verilməsi, yeniyetməni nikaha cəlb edən valideynlərinə qanunvericiliyiə görə heç bir cəza verilməməsi, onların sadəcə xəbərdarlıqla kifayətlənməsi problemi gündəmə gətirib. İctimaiyyəti ciddi narahat edən məsələ isə erkən nikahla bağlı qanunvericilikdə nəzərdə tutulan müddəların işlək olmamasıdır. Elə problem də […]
“Quru sərhədləri birmənalı şəkildə açılmalıdır” – Deputat
“Quru sərhədləri birmənalı şəkildə açılmalıdır. Vətəndaşa əziyyət vermək olmaz”. Bunu “Unikal”a açıqlamasında deputat Fazil Mustafa deyib. Deputat bildirib ki, pandemiya ilə bağlı vəziyyət qaydasındadır, belə halda sərhədləri açmaq olar. “Ölkəyə turistlər gələcək, onlar vəsait xərcləyəcəklər. İndiki vaxtda insanlar bundan əziyyət çəkir. Yəqin ki, bu məsələ yaxın günlərdə öz həllini tapar”.
“Formula 1″ə görə nəqliyyatın hərəkəti məhdudlaşdırılır
İyunun 6-da gecə saat 01:00-dan etibarən “Formula 1” üzrə Azərbaycan Qran-prisi ilə bağlı Bakı Şəhər Halqasının əhatə etdiyi prospekt və küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Bakı şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) verilən məlumata görə, hərəkət iyunun 14-də səhər saatlarından etibarən bərpa olunacaq. BŞH-ın Mətbuat Xidmətinin rəhbəri Turab Teymurov bildirib ki, nəqliyyatın […]
Xalq artistinə ağır itki – FOTO
Azərbaycan Dövlət Pantomima Teatrının yaradıcısı və baş rejissoru, Xalq artisti Bəxtiyar Xanızadəyə ağır itki üz verib. Dogrusoztv.az xəbər verir ki, Bəxtiyar Xanızadənin həyat yoldaşı Afət Xanızadə uzun sürən ağır xəstəlikdən vəfat edib.
Hərbçilərin olduğu qayıq batdı – YENİLƏNİB
Fövqaladə Hallar Nazirliyi Kür çayında baş verən hadisəyə münasibət bildirib. Nazirliyin Mətbuat Xidmətindən veirlən məlumata görə, dünən axşam saatlarında baş verən hadisə zamanı istifadə olunan qayıq hər hansı rəsmi qeydiyyata alınmayıb: “Qayıq kustar üsulla hazırlanıb və rəsmi qeydiyyatı yoxdur. Qayıq batarkən içində 11 sərnişin olub və onlar sağ salamat qurtularaq […]
Kəlbəcər istiqamətində mövqelərimiz atəşə TUTULDU
İyunun 2-si axşam saatlarından iyunun 3-ü gecə saatlarınadək Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı və Aşağı Şorca yaşayış məntəqələri istiqamətlərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik və Yellicə yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini qumbaraatan və iri çaplı silahlardan da istifadə etməklə növbəti dəfə atəşə tutub.Ordumuzun bölmələri tərəfindən dərhal […]
İcra başçılarının müavinləri bu komissiyanın üzvləri olacaq
“Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərində xidmət göstərən dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin təşkilinə dair Əlaqələndirmə Komissiyasın tərkibi yeni qaydada müəyyənləşəcək. Bununla bağlı Nazirlər Kabineti “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi […]
Putin Rusiya KİV-ə müharibə haqqında yazmağı qadağan edib
Rusiya administrasiyası dövlət və hökumətyönlü KİV-lərin redaksiyalarında “100 günlük xüsusi hərbi əməliyyat mövzusunu təkrarlamamağı” və müharibənin müddətinə “diqqəti cəmləməməyi” qadağan edib. Bu barədə “Meduza” İnformasiya portalı məlumat yayıb. “Müharibə ilə bağlı tarixlərə diqqət yetirmək rusları işğalın məqsədləri və uğurları haqqında düşünməyə vadar edə bilər”, – deyə KİV-də qeyd olunub. Bundan […]
Bu günün hava proqnozu açıqlandı
Bakıda və Abşeron yarımadasında iyunun 3-də hava şəraiti yağmursuz keçəcək. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, şimal küləyi əsəcək. Havanın temperaturu gecə 19-23° isti, gündüz 29-34° isti olacaq. Bakıda gecə 20-22° isti, gündüz 32-34° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 762 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 50-55%, […]