Türkiyədə müxalifət liderlərindən ibarət “altılı masa”ya daxil olan partiyalardan biri İYİ partiyasının idarə heyətinin bu gün iclası keçirilib. İclas partiyanın sədri Meral Akşenerin iştirakı ilə baş tutub. İclasdan sonra Meral Akşener dünən “altılı masa”da prezident seçkilərinə vahid namizədin müəyyən edilməsi ilə bağlı keçirilən müzakirələrdən danışıb. Onun sözlərinə görə, 5 partiya […]
Ombudsman narazı deputatlara cavab verdi – Yenilənib
“Səbinə xanımın (Ombudsman Səbinə Əliyeva – red.) bizə verəcəyi cavablarla Aydın müəllimin (Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı – red.) verəcəyi cavablar başqadır. Deputat olaraq mənə maraqlıdır ki, nə üçün Səbinə xanım bizim iclaslarda iştirak etmir?” Bu fikirləri millət vəkili Jalə Əhmədova Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında “Azərbaycan Respublikasının İnsan […]
Nazirliyin keçmiş əməkdaşı həbsdə intihara cəhd etdi
Həbsdə olan sabiq nazirlik əməkdaşı intihara cəhd edib. Xüsusilə külli miqdarda mənimsəmədə təqsirli bilinərək tutulan Tural Alışanlı həbsinə etiraz olaraq boğazını kəsib. Belə ki, o, bu gün bu gün Bakı Ağır Cinayətlər Məhkəməsindəki prosesə gətirilərkən boğazı sarğılı olub. O bildirib ki, təcridxanada boğazını kəsərək intihara cəhd edib. Təcridxana nəzarətçilərinin səyi […]
Binanın əyilməsi ilə bağlı məlumat təsdiqini tapmadı
Ötən gün bəzi xəbər saytlarında “Bina əyildi – sakinlər təhlükədə” başlıqlı material dərc edilib. 7NEWS.az saytının əməkdaşı hadisə yerinə yollanıb. İlk növbədə “Qobu Park-2” yaşayış kompleksinin tikintisində podratçı kimi çıxış etmiş “Kristal Abşeron”un əməkdaşları ilə binaya baxış keçirilib. Məlum olub ki, yayılmış görüntülərdə 2 bina arasındakı olmalı olan boşluq – […]
Şənbə günü hava yağıntılı olacaq
Martın 4-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə bəzi yerlərdə çiskin, günün birinci yarısında duman olacağı ehtimalı var. Arabir güclənən cənub-qərb küləyi səhər şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə […]
Ramazan ayının başlama tarixi MƏLUM OLDU
Bu il Azərbaycanda Ramazan ayının başlama tarixi açıqlanıb. QMİ-nin təqviminə əsasən xəbər verir ki, Ramazan ayı martın 23-də başlayacaq. Təqvimə görə, aprelin 21, 22-si Azərbaycanda Ramazan bayramı qeyd ediləcək.
Ailəsindən Ayşə üçün ayrılmışdı, onun da qatili oldu…
Ötən ilin 3 sentyabr tarixində paytaxtın Nizami rayonunda ikinci həyat yoldaşı, 27 yaşlı Ayşə Bayramovanı qətlə yetirən Masallı rayon sakini, 1989-cu il təvəllüdlü Vüsal Bayramovun məhkəməsi başa çatıb. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, V.Bayramov Cinayət Məcəlləsinin 120.1 (Qəsdən adam öldürmə) və 228.4 (Qanunsuz silah saxlama) maddələri ilə ittiham edilib. Məhkəmədə məlum […]
Kərbəlayi Səbuhi məhkəmə zalında öldü
Sosial şəbəkələrdə “Hüseynçi” ləqəbi ilə tanınan və bir müddət əvvəl dövlətə xəyanət ittihamı ilə 17 il müddətinə azadlıqdan məhrum edilən Kərbəlayi Səbuhi (Səlimov) vəfat edib. AzadMedia.az xəbər verir ki, bu barədə onun yaxınları məlumat verib. Kərbəlayi Səbuhinin bir müddət idi aclıq aksiyası keçirdiyi bildirilirdi. Mərhumun ailəsi “Amerikanın səsi”nə bildirib ki, […]
İctimai fəal dövlət layihələrindən yarım milyon mənimsəyib?
İctimai fəal Cəbrayıl Fərzəliyev 527 min manatlıq yeyintidə ittiham olunur. Onun barəsində cinayət işi başlanıb və hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunur. İttihama görə, Fərzəliyev bu vəsaiti bankların birindən və Prezident yanında Gənclər Fondundan müxtəlif işlər görmək adıyla mənimsəyib. 33 yaşlı ictimai fəal hazırda təcridxanada saxlanılır. Onun vəkili ötən […]
“Mən balaca olanda cavanların ölümü çox nadir halda olurdu”
Əməkdar artist Sevda Ələkbərzadə vaxtsız vəfat edən sənət və ictimai xadimlərlə bağlı paylaşım edib. Dogrusoztv.az xəbər verir ki, o, ölümün ucuzlaşdığını, gündə bir vəfat xəbəri eşitdiyini bildirib: “Mən balaca olanda arada ancaq yaşlı insanların rəhmətə getdiyini eşidərdim, cavanların ölümü çox nadir halda olurdu, onda da hamı şok olurdu. İndi nə […]