Dünənki atışmaya görə “Emin Naxçıvanski”nin qardaşı saxlanıldı

alfonsonri

Ötən gün Bakıda baş verən silahlı insidentlə bağlı saxlanılanlardan birinin kimliyi bəlli olub. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə ilə bağlı aparılan əməliyyat-istintaq tədbirləri çərçivəsində Elvin Qasımov adlı şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Onun bu insidentin sifarişçisi olduğu iddia edilən kriminal avtoritet Emin Qasımovun qardaşı olduğu bildirilir. Qeyd edək ki, […]

Laçın yolundakı aksiya 90 gündür DAVAM EDİR

alfonsonri

Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsini tələb edən azərbaycanlı könüllü gənclər və ekoloqlar tərəfindən Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində təşkil olunan etiraz aksiyası 90 gündür davam edir. Havanın soyuq olmasına baxmayaraq, hazırda aksiya iştirakçılarının Laçın-Xankəndi yolunda fəallığı müşahidə olunur. […]

İqtisadiyyat Nazirliyinin səlahiyyəti artırıldı – FƏRMAN

alfonsonri

Prezident İlham Əliyev “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar bəzi tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 19 mart tarixli 555 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb. Fərmanla “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar bəzi tədbirlər barədə” […]

Güllələnənlərdən biri tələbədir

alfonsonri

Bu gün Bakının Nəsimi rayonu, Səməd Vurğun küçəsində baş vermiş silahlı insident zamanı yaralananlardan biri tələbədir. Güllə yarası alan 2002-ci il təvəllüdlü Fəqan Rəhimli Azərbaycan Tibb Universitetində təhsil alır. Universitetdən məlumatı saytımıza təsdiq ediblər. Qeyd edək ki, hadisə yerinin yaxınlığındakı restoranda çalışan hal şahidi bildirib ki, atəş səsi eşidən kişi […]

İçməli suyun qiymətinə yenidən baxıla bilər

alfonsonri

“İçməli su maya dəyərindən ucuz qiymətə satılır. Bu da “Azərsu” ASC-nin rentabelli işləməsinə maneə törədir”. Bu barədə “Azərsu” ASC-nin sədr müavini Etibar Məmmədov ölkədə su qıtlığının səbəbləri və mövcud vəziyyətlə bağlı keçirilən tədbirdə bildirib. O qeyd edib ki, gələcəkdə su tariflərinin artırılması ilə bağlı Tarif Şurası qərar verə bilər: “Lakin […]

Sirkin yanında 2 nəfəri güllələyən şəxs tutuldu

alfonsonri

Bu gün Bakının Nəsimi rayonu, Səməd Vurğun küçəsində (Bakı Dövlət Sirkinin yaxınlığı) 2 nəfəri güllələyən şəxs tutulub. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən əməliyyatla hadisəni törətməkdə şübhəli bilinən bir nəfər şəxs saxlanılıb. Əlavə məlumat veriləcək. Qeyd edək ki, hadisə nəticəsində 2002-ci il təvəllüdlü Fəqan Rəhimli və 1983-cü […]

2050-ci ilə kimi su ehtiyatlarımız 15-20 faiz azalacaq – RƏSMİ

alfonsonri

“Su ehtiyatlarımız azdır, proqnozlarımız o qədər də sakitləşdirici deyil. Son illər su ehtiyatlarımız azalmağa doğru gedir”. Bunu ölkədə su qıtlığının səbəbləri və mövcud vəziyyətlə bağlı keçirilən mətbuat konfransında ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov  deyib. O qeyd edib ki, 2050-ci ildə su ehtiyatlarımızın 15-20 faiz azalacağı gözlənilir.

Bakıda atışma – 3 nəfər güllələndi

alfonsonri

Bakıda atışma olub. Dogrusoztv.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı Dövlət Sirkinin yaxınlığında qeydə alınıb. Silahlı insidentlə bağlı əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Hadisə nəticəsində 3 nəfərin xəsarət aldığı bildirilir. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Qafqazinfo”ya bildirilib ki, Nəsimi rayonu ərazisində 3 nəfərin odlu silahdan açılan atəş nəticəsində […]

Bakıdan Ağstafaya 4 saat 55 dəqiqəyə çatacağıq

alfonsonri

Mart 18-dən etibarən Bakı-Gəncə-Bakı istiqamətində hərəkət edən sürətli qatarın marşrutu Ağstafa stansiyasına qədər uzadılacaq. Bu barədə  “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindən (ADY) məlumat verilib. Bildirilib ki, Bakı-Ağstafa-Bakı marşrutu üzrə ilk dəfə sürətli qatarla sərnişin daşımaları həyata keçiriləcək. Rəsmi məlumata görə, sərnişinlər Bakıdan Ağstafaya 2020-ci ilin martına qədər fəaliyyət göstərən […]

Masallıda repetitor yanından qayıdan 17 yaşlı qız qaçırıldı

alfonsonri

Masallı rayonunda 11-ci sinif şagirdi olan 17 yaşlı qız evlənmək məqsədilə qaçırılıb. Hadisə martın 9-da qeydə alınıb. Universitetə hazırlaşan və repetitor yanından evə qayıdan qız bir neçə nəfər tərəfindən maşına mindirilərək qaçırılıb. 18 yaşı noyabrda tamam olacaq şagirdin ailəsinin polisə müraciətindən sonra o tapılıb və ailəsinə təhvil verilib. DİN-in Mətbuat […]